() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Növün arealı Meksikanın şimalı, Kaliforniya, Arizona, Yeni Meksikadır.
Botaniki xarakteristikası Hündürlüyü 1-2 m-ə çatan sıx budaqlı koldur. Zoğları, salxımın oxları, yarpaqların saplaqları və xırda yarpaqların aşağı hissəsinin damarcıqları ipəkvari tükcüklərlə örtülmüşdür. Yarpaqların uzunluğu 9-20 sm, 11-17 xırda yarpaqcıqlıdır. Xırda yarpaqları uzunsov-ellipsvari, uzunluğu 2,3-4 sm, eni 1,2-2,2 sm, ucu yumru və ya xırda oyuqlu, iynəsiz, enli bünövrəli, üstü parlaq yaşıl, alt tərəfi açıqdır. 2-4 ədəd bənövşəyi çiçəkləri uzunluğu 28 sm-dək olan salxımlarda yerləşir. Kasacığı tükcüklü, üçkünc dişli, onlardan yuxarıda olan ikisi enli və bir az digərlərindən qısadır; yelkənin uzunluğu 5 mm-dir. Paxlaların uzunluğu təxminən 6 mm, qabarıq kürəkli, çılpaq, nöqtəli vəziciklidir. May-iyun aylarında çiçəkləyir. Meyvəsi sentyabrda yetişir.
Ekologiyası Dəniz səviyyəsindən 1500 m hündürlükdə yayılmışdır və əhəngli torpaqlarda bitir. Şaxtaya, quraqlığadavamlıdır.
Azərbaycanda yayılması Dendrologiya İnstitutunun təcrübə sahəsində introduksiya edilmişdir. Suvarılma şəraitində normal böyüyərək inkişaf edir. Yüksək cücərmə qabiliyyətinə malik keyfiyyətli toxum verir.
İstifadəsi Park və bağlarda canlı çəpərlərin salınmasında istifadəsi məqsədyönlüdür.
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:1838-ci ildə təsvir edilən bitkilər Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Kaliforniya florası