Dərvaq – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Dərvaq kəndi Dərvaq kənd vahidliyinə daxildir.

Əhali Əhalisi 2875 nəfərdir (2019). Əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər.

Coğrafiya Kənd Dağıstan öndağlığı ərazisində, Dərbənd şəhərindən 20 km qərbdə yerləşir. thumb|Dərvaq kəndi

Tarix Bir çox məlumstlara görə kənd V—VII əsrlərdə «Dağ-Barı» istehkamının ətrafında salınmışdır.

Dəndin adı Dərbəndnamədə belə keçərlidir. Oda qeyd edilir ki, Əbu Cəfər əl-Mənsur xəlifə olarkın Qafqaza Yezid ibn Əsədi göndərərək Dərbənddə sədd tikintisinə gösyəriş verir. Altı ay ərzində Yezid ibn Əsəd bir necə qalanın tikintisini başa çatdırır. Onlar arasında Dəvraqında adı keçir. O, bölgəyə Yaxın Şərqdən əhali köçürür.

İqtisadiyyat Kənddə «Qırmızı Oktyabr» şirkəti fəaliyyət göstərir. Əvvəllər kənd daş kəsmə ilə məşhurluq tapmışdı (ХVI—ХVII əsr), üstəlik xalçaçılıq geniş yayılmışdı (ХIХ əsr).

Görməli yerləri Minarəli məscid (ХV əsr) Dağ-Barı qalasının müdafiə qülləsi. XIX əsrin sonu — XX əsrin əvvəllərinə aid «Bəylər evi» (bəyə məxsus ev). Bulaqlar: «Göz bulaq», «İsitmə bulaq», «Qumqum bulaq»

İstinadlar

Mənbə Гигантский оползень угрожает ряду сёл Табасаранского района

Kateqoriya:Tabasaran rayonunun yaşayış məntəqələri