Erlinq Holann () — Premyer Liqada çıxış edən "Mançester Siti" və Norveç milli komandasında hücumçu kimi oynayan norveçli peşəkar futbolçu. Dünyanın ən yaxşı oyunçularından biri hesab edilən Holann sürəti, gücü, mövqe tutması və cərimə meydançasında finişi ilə tanınır. Holann Premyer Liqada debüt etdiyi mövsümdə 36 qol ataraq bir oyunçunun bir mövsümdə vurduğu ən çox qol rekordunu qırıb.

Holann karyerasına Norveçin "Brune" və "Molde" klubları ilə başlayıb. O, 2019-cu ilin yanvarında Avstriyaya köçərək "Red Bull Salzburg" klubuna qoşulub. Bu klubdakı çıxışları ona Bundesliqada çıxış edən "Borussia Dortmund" klubuna keçid qazandırıb. 2022-ci ilin yayında o, 60 milyon avro (£51,2 milyon) qarşılığında "Mançester Siti" klubuna tranfer edilib. O, həmin il bütün yarışlarda atmış olduğu 52 qol ilə ən çox qol vuran Premyer Liqa oyunçusu olmuşdur. Holan həmçinin Liqanın "gənc oyunçusu" və "mövsümün oyunçusu" seçilib və eyni ildə hər iki mükafatı qazanan ilk oyunçu olub.

Holann karyerası boyu bir neçə fərdi mükafat qazanıb və müxtəlif rekordlar qırıb. O, 2020-ci ildə Qızıl oğlan mükafatına layiq görülmüş, 2021-ci ildə isə Bundesliqada "mövsümün oyunçusu" seçilmişdir. O, həmçinin bir mövsümdə vurulmuş ən çox qol, iki, üç, dörd və beş het-trik vurmuş ən sürətli şəxs və liqa tarixində ardıcıl üç ev oyununda het-trik etmiş ilk şəxs də daxil olmaqla çoxsaylı Premyer Liqa rekordu qırıb. Holann 2023-cü ildə qol sayındakı uğuruna görə Premyer Liqan Qızıl Butsu, Avropa Qızıl Ayaqqabısı və Gerd Müller Kubokunu qazanıb. Elə həmin il o həm də UEFA-nın "İlin kişi oyunçusu" və İFFHS-in "dünyanın ən yaxşı oyunçusu" adlarına layiq görülüb və Qızıl topun ikincisi olub.

Holann Norveçi müxtəlif gənclər səviyyələrində təmsil edib. 2019-cu il FİFA U-20 Dünya Kubokunda o, bir matçda rekord sayda, doqquz qol vuraraq turnirin Qızıl butsunu qazanıb. Holann Norveç millisində 2019-cu ilin sentyabrında debüt edib və hazırda ölkənin bütün zamanlarda ən çox qol vurmuş ikinci oyunçusudur.

Uğurları Klub Milli Şəxsi

Klub karyerası

Brune Haland Brune akademiyası vasitəsilə inkişaf etmişdir. Haland öz peşəkar karyerasında debütünü 12 may 2016-cı ildə Ranheym klubuna qarşı oyunda etmişdir. O, 69-cu dəqiqədə Robert Undheymi əvəz etmişdir. Həmin görüşdə Brune liqa görüşündə rəqibinə 1–0 hesabı ilə məğlub olmuşdur.

Molde Haland 1 fevral 2017-ci ildə Molde klubuna transfer olmuşdur. Haland klub ilə debütünü 4 iyun 2017-ci ildə Sarpsburq klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Fredrik Brustadı əvəz etmişdir. Həmin görüşdə Molde liqa görüşündə rəqibinə 1–0 hesabı ilə məğlub olmuşdur.

Milli karyerası 2017-ci ildə Haland Norveçin gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir. Turnirdə Haland İngiltərə, Niderland, Ukrayna milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.

Karyera statistikası

Klub

KlubMövsümLiqaÖlkə KubokuKontinental1Digər2ÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolBruneEliteserien2016–17160000000160MoldeEliteserien2016–171000000010Ümumi karyera170000000170 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Norveç Superkuboku görüşləri daxildir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Norveç futbolçuları Kateqoriya:Borussiya Dortmund FK futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Mançester Siti FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Norveç milli futbol komandasının oyunçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:İngiltərənin kişi futbolçuları Kateqoriya:Avstriya Bundesliqası futbolçuları Kateqoriya:Birinci Diviziya/Premyer Liqa bombardirləri Kateqoriya:UEFA Çempionlar Liqasının bombardirləri Kateqoriya:Avstriyada legioner futbolçular Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:UEFA Avro 2020 futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Molde FK futbolçuları