300px|thumb Xuçni – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Xuçni kəndi «„Xuçni kənd sovetliyi“» vahidliyinə daxildir. Rayonun inzibati mərkəzidir.

Əhali 2010-cu il Ümumrusiya Əhalinin Siyahıyaalınmasına əsasən Xuçninin milli tərkibi Tabasaranlar (85%), azərbaycanlılar (13%), digərləri (2%). Dini baxımdan islam dininin sünni məzhəbində etiqad edirlər. Əhalisi 3232 nəfərdir (2010).

Etimologiya Belə bir fərziyyə vardır ki, adı türk sözü olan «xoş» sözündən əmələ gəlmişdir. Digər versiyada isə tabasaranca olan «xyoç» sözündən əmələ gəlməsi və "ov" mənasını bildirməsi qeyd edilir.

Coğrafiyası Kənd Rubas çayının sol sahilində, Dərbənd şəhərindən cənub-şərqdə yerləşir. thumb|Xuçni şəlaləsi|180x180px

Tarixi XVII əsrаin ortalarına qədər Xuçni Tabasaran maysumluğunun mərkəziАлиев Б. Г., Умаханов М.-С. К. Историческая география Дагестана. XVII — начало XIX в. Т. 2. — Махачкала: Дагестанский научный центр, Ин-т истории, археологии и этнографии РАН, 2001. olmuşdur. 1934-cü ildən kənd Tabasaran rayonunun mərkəzinə çevrilmişdir.

Görməli yerləri 500 m şimalda Üç qardaş və bir bacı qalası yerləşir.

Kənddə həm də şəlalə var. Buraya yay aylarında Rusiyanın bir çox bölgələrindən turistlər gəlir. İstinadlar

Kateqoriya:Tabasaran rayonunun yaşayış məntəqələri