Jadeitit – monoklinopiroksen jadeitdən ibarət monomineral metamorfogen (metasomatik) süxurdur. Jadeititin tərkibində cüzi miqdarda albit, analcim, natrolit, pumpelliyit, epidot, zoisit və digər. minerallar iştirak edə bilər. Jadeitit adətən qırışıqlıq zonalarında, serpentinləşmiş hiperbazit massivləri daxilində linzavari və damarabənzər cismlər şəklində tapılır. Dekorativ xüsusiyyətlərinə görə bəzək məmulatlarının hazırlanmasında istifadə edilir.
Mənbə
Kateqoriya:Geologiya terminləri