Keçəl çərkəz dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1356,1 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun qurtaracağında, Əlincəçayın sol sahilində, Kırna kənddən 3 km cənub-şərqdə yerləşən zirvə. Alt Miosenin Qafqaz və Sakaraul regiomərtəbələrinə aid Vayxır və Qızılboğaz lay dəstələrinin vulkanogen-çökmə və çökmə süxurlarından təşkil olunmuş günbəzvari, cənub yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahında izlənilən Toğluca antiklinalının şimal-qərb periklinal hissəsində yerləşir. Həmçinin bax: Abdal (dağ) Acıçeşmə dağı Ağaverdi dağı Xarxat dağı Cindağ Dərələyəz silsiləsi
İstinadlar
Kateqoriya:Culfa rayonunun dağları Kateqoriya:Azərbaycanda dağ zirvələri