Keçəltəpə — Kəngərli rayonu ərazisində dağ (hünd. 2744,0 m). Dərələyəz silsiləsinin suayırıcısında, Cəhriçayın sağ qolu Lizbirtçayın mənbə hissəsində zirvə. Alt Triasın Hind və Olenek mərtəbələrinə aid Qarabağlar lay dəstəsinin əhəngdaşıları və dolomitlərindən təşkil olunmuş sıldırım yamaclı kəsik konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində yerləşir.
Həmçinin bax Ağdaban dağı Xarxat dağı Bərdidaş dağı
İstinadlar
Kateqoriya:Kəngərli rayonunun dağları