Kürnəzər – Babək rayonu ərazisində dağ (hünd. 1275,9 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərq qurtaracağındakı Nehrəm platosunun cənub-qərb kənarında zirvə. Nehrəm kəndindən 8 km cənub-şərqdədir.  Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Sıldırımlı cənub-qərb yamacının ətəyində Orta Eosen süxurlarının dabanında Üst Təbaşirin karbonatları açılır. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cavan çöküntüləri ilə örtülmüş Culfa qalxımının şimal-şərq qanadında yerləşir.

KÜRNİZAR  DAĞI – Babək rayonu ərazisində Kürnəzər dağının əhali arasında işlədilən başqa adı

Həmçinin bax: Abdal (dağ) Ağsal dağı Quşqayası Bağırsaq dağı Elti dağı

İstinadlar

Kateqoriya:Babək rayonunun dağları

Kateqoriya:Azərbaycanda dağ zirvələri