Aleksandr Dubçek (; ) — slovak dövlət xadimi. Çexoslovakiya KP MK-nın birinci katibi (1968–1969). Praqa baharının rəhbəri kimi tanınır.
Siyasi fəaliyyəti thumb|267x267px|Aleksandr Dubçekin abidəsi 1968-ci ildə Çexoslovakiya KP MK-nın birinci katibi Aleksandr Dubçekin hazırladığı '"Fəaliyyət proqramı"nda yeni, demokratik Çexoslovakiyanın şəraitində sosialist cəmiyyəti modelinə keçmək niyyəti ifadə olunur, partiyanın rəhbər rolu haqqında müddəadan imtina olunurdu. 1968-ci il 21 avqustda Varşava Müqaviləsi Təşkilatına üzv olan ölkələrdən SSRİ, Polşa, ADR, Macarıstan və Bolqarıstan Çexoslovakiya ərazisinə təcavüz etdilər. Dubçek və silahdaşları həbs edilərək Moskvaya gətirildi. Beynəlxalq ictimaiyyətin ittihamından çəkinən Sovet hökuməti Dubçeklə danışıqlar aparmağa məcbur oldu. Danışıqlar ölkədə vəziyyətin normal hala salınması və sovet qoşunlarının Çexoslovakiya ərazisində müvəqqəti qalmasının şərtləri haqqında saziş bağlanması ilə başa çatdı. Sovet qoşunlarının ölkədə olmasına arxalanan islahat əleyhdarları hücuma keçdilər. 1969-cu il 17 apreldə Aleksandr Dubçek Qustav Husakla əvəz olundu.
Mənbə Ən yeni tarix. Ümumtəhsil məktəblərinin 11-ci sinif üçün dərslik. Bakı: Çaşıoğlu, 2007. səh 88–89
Həmçinin bax Praqa baharı
İstinadlar
Xarici keçidlər
Alexander Dubček profile on the Sakharov Prize Network Hope Dies Last The Autobiography of Alexander Dubcek by Alexander Dubcek (Author), Jiří Hochman (Editor, Translator), Kodansha Europe (1993).
Kateqoriya:Praqada vəfat edənlər Kateqoriya:Çexoslovakiya siyasətçiləri Kateqoriya:Sosialistlər Kateqoriya:Marksistlər Kateqoriya:Saxarov mükafatı laureatları Kateqoriya:Çexiya siyasətçiləri Kateqoriya:Humanistlər Kateqoriya:Slovakiya siyasətçiləri