thumb|305x305px|Balan-tamur gölünün aşağı hissədində Barqazun çayı Cergin dövlət təbiət qoruğu (, ) — Rusiya Federasiyasının Buryat Respublikasında Barquzin çayının yuxarı axınındadır.Cergin dövlət təbiət qoruğu// Büssel – Çimli-podzol torpaqlar / baş red. M. K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 224. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.
Sahəsi Sahəsi 2378 km2.
Tarixi 1992-ci ildə yaradılmışdır.
Coğrafiyası Relyefi dağ silsilələri, dərin dərələr, yüksək dağlıq platolardan ibarətdir. Ərazisinin 75%-indən çoxu meşələrlə örtülüdür. Şaquli zonallıq səciyyəvidir. 500–1200 m yük səklikdə çöl sahələri ilə növbələşən tozağacı və Larix meşə-çölləri üstünlük təşkil edir; şam və ağcaqovaq meşələrinə rast gəlinir.
Flora və faunası 1300 m yüksəkliyədək, əsasən, qaraşamlıqlardan ibarət dağ-tayqa meşələri tozağacı, sidr kolları və qarışıq şam meşələri ilə əvəz olunur. 1500 m-dən yüksəkdə hols qurşağı gəlir; qırıntı daşlar, bəzi yerlərdə şibyə, dağ tundrası və s. bitkilər yayılmışdır. Qayaların dibində subalp çəmənləri və çeşmə bataqlıqları var. Heyvanlardan – sincab, ağ dovşan, kabarqa, cüyür, maral, sığır, qaban var; şimal süzəni, Asiya burunduku, samur səciyyəvidir; canavar, tülkü, vaşaq, qonur ayı, uzun quyruq və qarapapaq sünbülqırana, az sayda Şimal maralı və Sibir porsuğuna rast gəlinir. Çoxlu sayda quşlar (tetra, qarabağır, Sibir xoruzu, qırğı, bildirçin, qara çalağan və s.); subasarda yaşıl baş və bizquyruq ördək, adi güləyənquşu, cüllüt, qağayı, boz vağ; sututarlarda alabalıq, Sibir nərəsi, kütüm və s. var.
İstinadlar
Həmçinin bax Casper milli parkı Kateqoriya:1992-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Rusiya qoruqları