Ruben Qerasimoviç Stepanyan (29 dekabr 1902, Bakı — 8 mart 1984, Moskva) —  erməni sovet bəstəkarı və dirijoru. 1961-ci ildə Ermənistan SSR-in əməkdar incəsənət xadimi adını qazanmışdır.

Həyatı 29 dekabr 1902-də Bakıda anadan olub. 1931-ci ildə İrəvan konservatoriyasını bitirmişdir. 1929—1935-ci illərdə İrəvanın Respublika radiosunun Kamera orkestrinin bədii rəhbəri və təşkilatçısı olmuşdur.

1930—1956-cı illərdə A.Spendiarovun adına musiqi məktəbin müəllimi idi.

1931—1940-cı illərdə R.Melikyanın adına simli kvartetin artisti olmuşdur.

1937—1965-ci illərdə A.Spendiarov adına erməni opera və balet teatrının dirijoru idi.

8 mart 1984-cü ildə Moskvada vəfat etdi.

Mükafatlar və adları "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni Ermənistan SSR-in əməkdar incəsənət xadimi

Yaradıcılığı

Opera dirijorluğu "Riqoletto" (1940)  "Sevilya bərbəri" (1943)  Donisetinin "Don Pasku ale" (1953)  Tiqranyanın "Anuş" (1956)  "Faust" (1958)  Spendiarovun "Almast" (1959) Qevorkyanın "Kostyor" uşaq operası (1959)

Balet dirijorluğu Ter-Qevondyanın "Anait" (1940)  "Qu gölü" (1940)  "Raymonda" (1941)  Yegiazaryanın "Sevan" (1955) Oqanesyanın "Mərmər" (1957)  Xaqaqosryanın "Sona" (1958)

Ədəbiyyat Будагян А. Г. Степанян Р. Г. // Музыкальная энциклопедия / под ред. Ю. В. Келдыша. — М.: Советская энциклопедия, Советский композитор, 1981. — Т. 5. Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:SSRİ bəstəkarları Kateqoriya:SSRİ dirijorları