Artur Con Robin Qorell Milner (; ) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış britaniyalı alim.

Həyatı 13 yanvar 1934-cü ildə anadan olmuşdur.

1991-ci ildə o, LCF (Logic for Computable Functions) teoremlərin avtomatik isbatının aparılma sistemini, bu sistem üçün ML funksional proqramlaşdırma dilini və CCS (Calculus of Communicating Systems) qarşılıqlı təsirdə olan sistemlər üçün hesablamalar nəzəriyyəsini yaratdığına görə Türinq mükafatına layiq görülmüşdür. 2010-cu ildə "Milner CiteSeer" layihəsində ən çox istinad edilən müəlliflər siyahısında Milner 25-ci yeri tuturdu.

Ədəbiyyat Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.

İstinadlar

Kateqoriya:1934-cü ildə doğulanlar Kateqoriya:2010-cu ildə vəfat edənlər Kateqoriya:London Kral Cəmiyyətinin üzvləri