Fariz Asif oğlu Əhmədov () — Azərbaycan rejissoru, "Azərbaycanfilm" kinostudiyasının direktoru (2020-2022).
Həyatı Fariz Əhmədov 15 dekabr 1983-cü ildə Bakıda anadan olub. ADMİU-nun Ədəbi yaradıcılıq və ekran dramaturgiyası ixtisasında bakalavr (2001–2005, Natiq Rəsulzadənin emalatxanası), kinorejissorluq üzrə magistr (2016-2018, Cəmil Quliyevin emalatxanası), Ümümrusiya Dövlət Kinematoqrafiya Universitetinin (ÜRKU) kinorejissorluq ixtisasında (2010-2012, Aleksandr Proşkinin emalatxanası) təhsil alıb.
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində rejissor (2006-2018), Mədəniyyət və Turizm Nazirliyinin “AZANFILM” animasiya filmləri studiyasının direktor-bədii rəhbəri (2012-2015), Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru (2020-2022) vəzifələrində işləyib. Bakıda keçirilən Bakı Beynəlxalq Turizm Filmləri Festivalının icraçı direktoru olub (2013-2014). 2018-ci ildən Bakı Media Mərkəzində produser işləyir. 2023-cü ildən “Rakurs Film-Media” şirkətinin direktorudur.
2015-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Audiovizual sənətlər fakültəsinin Kino-televiziya sənətləri kafedrasının baş müəllimidir. 30-dan artıq bədii, sənədli və animasiya filminin rejissoru və prodüseridir.
Filmləri dünyanın 60-dan artıq ölkəsində keçirilən nüfuzlu kinofestivallarda nümayiş olunub və 50-dan artıq beynəlxalq kinofestivalda mükafata layiq görülüb.
Almaniya, Polşa, Xorvatiya, Serbiya, Rusiya, Türkiyə, İran, Gürcüstan və s. ölkələrdə keçirilən beynəlxalq festivalların münsiflər heyyətinin üzvü olub.
2020-ci ildən 2022-ci ilədək "Azərbaycanfilm" kinostudiyasının direktoru olmuşdur.
Mükafatları Çəkdiyi "Əriyən ada" filmi 2015-ci ildə "Ən yaxşı sənədli film" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür.
Filmoqrafiya Lahıc ritmləri (2008, sənədli film) - rejissor Qocalar (2008, qısametrajlı bədii film) - rejissor (birgə) Bir addım (film, qısametrajlı bədii film) - rejissor (birgə) MirasRüstəm, Z. "Miras" beynəlxalq kinofestivala çıxarılır: [Rejissor Fariz Əhmədovun eyni adlı sənədli filmi haqqında] //Ayna.- 2011.- 12 mart.- S. 20. (2010, sənədli film) - rejissor Mayak (2012, qısametrajlı bədii film) - rejissor Əriyən ada (2013, sənədli film) - rejissor Əbədi ezamiyyət (2016, bədii-sənədli film) - rejissor (birgə) And içirəm (2019, sənədli film) - rejissor (birgə) Sonuncu (2021, sənədli film) - rejissor Sükut içində addımlar (2026, tammetrajlı sənədli film) - rejissor Ən güclü kimdir? (2014, animasiya filmi) - prodüser Köhnə saat (2014, animasiya filmi) - prodüser Gəlin birgə öyrənək (2015, animasiya serialı) - prodüser Bakı sübhdən günbatanadək (2015, tammetrajlı sənədli film)Zümrüd. "Bakı sübhdən günbatanadək" Krakov festivalında: [ Fariz Əhmədovun eyniadlı filmi haqqında] //Səs.- 2015.- 29 noyabr.- S.7.Azəri, L. Bakı sübhdən günbatanadək: Beynəlxalq layihə çərçivəsində ekranlaşdırılan tammetrajlı sənədli filmin təqdimatı //Mədəniyyət.- 2015.- 20 fevral.- S.4. - prodüser, rejissor (kollektiv) Səs (2016, qısametrajlı bədii film) - prodüser Son iclas (2018, bədi-sənədli film) - icraçı prodüser Şirvanşahlar (2018, bədii-sənədli film) - icraçı prodüser Miras (2018, bədii-sənədli film) - icraçı prodüser Biz (2021, sənədli film) - prodüser Fulya (2021, sənədli film) - prodüser Şuşa, sən azadsan! (2021, sənədli film) - icraçı prodüser Görünməyən qəhrəmanlar (2021-2023, sənədli serial) - prodüser Həyat, deyəsən, gözəldir (2022, tammetrajlı bədii film) - prodüser Qız qalası (2022, qısametrajlı bədii film) - prodüser Məryəm (2022, tammetrajlı bədii film) - prodüser Mərmər soyuğu (2022, tammetrajlı bədii film) - prodüser Hadrut, sən azadsan! (2023, sənədli film) - icraçı prodüser Kür - çaylar anası (2025, tammetrajlı sənədli film) - prodüser Mənə bənzər adam (2026, tammerajlı bədii film) - prodüser 44 (2026, tammerajlı bədii film) - icraçı prodüser Borc (2026, tammerajlı bədii film) - icraçı prodüser
İstinadlar
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:"Azərbaycanfilm" kinostudiyasının direktorları