Hadisələr 1 mart — Auda döyüşündə Həbəşistan qoşunları tərəfindən İtaliya ordusunun məğlub edilməsi. 24 mart — A. S. Popov tərəfindən Rusiya fizika-kimya cəmiyyətində dünyada ilk dəfə radiosiqnal ötürülməsinin həyata keçirilməsi. 6–15 aprel — Yunanıstanın paytaxtı Afinada ilk müasir Yay Olimpiya oyunlarının keçirilməsi 1 may — İranda Nəsrəddin şahın öldürülməsi. 17 may — Küveytdə saray çevrilişi nəticəsində şeyx Məhəmmədin öldürülməsi və hakimiyyətə sonralar "Böyük" adlandırılan şeyx Mübarəkin gəlməsi. 20 may — Qırmızı dənizin Somali sahillərinin Somalinin fransız sahil müstəmləkəsi (Obak adı ilə tanınmışdır) elan edilməsi. 26 may — Rusiyada imperator II Nikolayın tacqoyma mərasiminin keçirilməsi. 27 avqust -İngilis-Zənzibar müharibəsi, cəmi 38 dəqiqə davam etmiş müharibə. 26 oktyabr — Əddis-Əbəbədə birinci İtaliya-Efiopiya müharibəsini başa çatdıran müqavilənin imzalanması, Həbəşistanın istiqlaliyyətini tanımağa məcbur olması. Madaqaskarın Fransanın müstəmləkəsi elan edilməsi. 27 oktyabr — Mərdəkanda Hacı Zeynalabdin Tağıyevin maliyyə vəsaiti hesabına bağbanlar hazırlayan ilk xüsusi məktəbin açılması. Azərbaycan səhnəsində N. V. Qoqolun "Müfəttiş" əsərinin tamaşaya qoyulması. Həvəskar musiqiçi A. Əliverdibəyov tərəfindən "Rəsmli musiqi tarixi"əsərinin yazılması.
Doğumlar 1 yanvar — neft ustası Ağa Nemətulla. 6 yanvar – türk təyyarəçisi və mühəndisi Vecihi Hürquş 25 noyabr – Vircil Tomson amerikalı bəstəkar. 28 dekabr – Rocer Seşnz amerikalı bəstəkar. 7 yanvar — Co Boll — amerikalı seriyalı qatil.
Ölümlər Fransız naturalizminin carçısı, yazıçı — Edmon Qonkur. Fransız simvolizminin nümayəndəsi, şair Pol Verlen. Cənubi Azərbaycan şairi Hacı Mehti Şükuhi. Mir İbrahim xan Talışınski, rus ordusunda general.