Azərbaycan Dəmiryol İşçilərinin Peşə Bayramı Günü — Azərbaycan Respublikasında hər il 13 oktyabrda qeyd olunan dəmiryol nəqliyyatının bütün işçilərinin peşə bayramı."Dəmiryolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında " e-qanun
Dəmiryol işçilərinin peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildən qeyd olunur. 13 oktyabr tarixinin bayram günü seçilməsinin izahı sərəncamda bu günün "Müstəqil Azərbaycan dəmir yolunun təşkilatı günü" olduğuna görə verilir."Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olundu (FOTO) " Trend İnformasiya Agentliyi
Azərbaycan Dəmiryol İşçilərinin Peşə Bayramı Günündə, ənənəvi olaraq, dövlət rəhbərliyi dəmiryol işçilərini peşə bayramı münasibətilə təbrik edir, ən çox fərqlənmiş dəmiryolçular isə dövlət mükafatları, xatirə hədiyyələri, pul mükafatları və təşəkkürlərlə təltif olunur.
İldən asılı olaraq altı-bazar günlərinə düşmürsə, Azərbaycan Dəmiryol İşçilərinin Peşə Bayramı Günü qeyri-iş günü hesab edilmir.
İstinadlar
Həmçinin bax Azərbaycanın dövlət bayramları və xüsusi günləri
Xarici keçidlər Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olundu Azərbaycan Nəqliyyat Nazirliyinin rəsmi saytı Azərbaycan Dəmir Yolları QSC-nin rəsmi saytı
Kateqoriya:Əlifba sırasına görə bayramlar Kateqoriya:13 oktyabrda bayramlar Kateqoriya:Azərbaycan bayramları Kateqoriya:Peşə bayramları Kateqoriya:Azərbaycanda dəmiryol nəqliyyatı Kateqoriya:2005-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Oktyabrdakı bayramlar