thumb|Hvason-12 (KN-17) ballistik raketinin maksimum atəş məsafəsi: 3700 km (daxili dairə), 6000 km (xarici dairə) Hvason-12 (ingiliscə: Hwasong-12; Chosŏn'gŭl: 화성 12; Hanja: 火星 12) və ya alternativ adı ilə KN-17 – Şimali Koreya tərəfindən istehsal olunmuş orta mənzilli ballistik raket. Hvason-12 ilk dəfə 14 aprel 2017-ci il tarixində Şimali Koreya dövlətinin qurucusu hesab olunan Kim İr Senin doğum günü münasibətilə təşkil olunan hərbi parad zamanı nümayiş olunmuşdur.

Sınaqları thumb|right|Hvason-12 raketinin atış trayektoriyaları CəhdTarixƏraziNəticəƏlavə məlumat 14 aprel 2017 06:12SinpoUğursuzYer səthindən 189 km yüksəkliyə qədər qalxan raket 60 km məsafə qət etdikdən sonra dənizə düşmüş və sınaq uğursuzluqla nəticələnmişdir. 215 aprel 2017 05:51SinpoUğursuzRaket havaya qalxdıqdan 4-5 saniyə sonra partlamışdır. 328 aprel 2017 05:33PukçanqUğursuzRaket 25 mil (40 km) məsafə qət etdikdən sonra partlamışdır. 414 may 2017 04:58KusonqUğurluYer səthindən 2,111.5 km yüksəkliyə qədər qalxan raket 787 km məsafə qət edərək Yapon dənizinə düşmüşdür. Sınağın uğurla başa çatdığı elan olunmuşdur. 529 avqust 2017SunanUğurluYer səthindən 550 km yüksəkliyə qədər qalxan raket Yaponiyaya məxsus Hokkaydo adasının üzərindən keçərək ümumilikdə 2700 km məsafə qət etdikdən sonra Sakit Okeanda yerləşən yapon adalarının 1180 km şərqinə düşmüşdür. 615 sentyabr 2017SunanUğurluYer səthindən 770 km yüksəkliyə qədər qalxan raket Yaponiyaya məxsus Hokkaydo adasının üzərindən keçərək ümumilikdə 3700 km məsafə qət etdikdən sonra Hokkaydo adasından 2200 km şərqdə Sakit Okeana düşmüşdür. Şimali Koreya tərəfindən bu tarixə qədər həyata keçirilmiş ən uzun məsafəli raket sınağı olmuşdur.

Həmçinin bax Şimali Koreya Ballistik raket Koreya Xalq Ordusu

İstinadlar

Xarici keçidlər CSIS Missile Threat - Hwasong-12

Kateqoriya:Raket kompleksləri Kateqoriya:Ballistik raketlər