Qoşaçay — İranın Qərbi Azərbaycan ostanında şəhər, Miyandüab şəhristanının inzibati mərkəzi.
Şəhər Tehranın 823 km şimal-qərbində və Qərbi Azərbaycan ostanının cənub hissəsində, düzənlikdə yerləşir. Mülayim havası var.
Hazırkı rəsmi farsca adı olan Miyandüab adı isə "miyan" (orta, ortasında), "dü" (iki), və "ab" (su) sözlərindən ibarətdir.
Hər iki ad şəhərin Zərrinəçay (farsca adı Zərrinərud) və Tatavu (farsca adı Siminərud) çayları arasında yerləşməsi ilə bağlıdır.
Görməli yerləri Miyandüab istirahət mərkəzi; Qaragöl qoruğu; Zindan Süleyman mineral su bulağı; Baxtak qəsri.
İstinadlar
Həmçinin bax Miyandüab şəhristanı
Xarici keçidlər Rəsmi dövlət Saytı- Farsca Miyandüabın Bələdiyə Saytı - Farsca Miyandüab Azad Universiteti- Farsca Miyandüab Peyam nur Universiteti- Farsca
Kateqoriya:Qərbi Azərbaycan ostanının şəhərləri