– Yaponiya musiqi qrupu. Media Factory nəşriyyatı ilə əməkdaşlıq edir. Qrup dörd nəfərdən ibarətdir: Tom-H@ck (Tom Oşima), hotaru və KIHOW. Qrup 2015-ci ildə buraxdığı "L.L.L." adlı sinql ilə debüt etmişdir. Qrupun mahnıları "Overlord", "BBK/BRNK", "Saga of Tanya the Evil" və "Re:Zero -Starting Life in Another World-" kimi animelərdə səsləndirilmişdir.
Adı Qrupun rəsmi saytına görə qrupun adı iki hissədən ibarətdir: "myth" keçmişi, "android" isə gələcəyi simvolizə edir. Qrupun fikrincə bu iki aspekt "yeni dünya"nın yaradılmasında kömək edəcək.
Tarix Qrup 2015-ci ildə buraxdığı "L.L.L." ("Leashed Luminous Love") adlı sinql ilə debüt etmişdir. Bu mahnı "Overlord" animesinin bağlanış mahnısı olmuşdur. Sinql Oricon-un həftəlik çartlarında 29-cu yerə qədər yüksəlmişdir və iTunes-in Yaponiya yüklənmə reytinqlərində 3-cü yerə qədər çatmışdır.
Qrupun ikinci sinqlı "Anger/Anger" 24 fevral 2016-cı ildə buraxılmışdır. Sinql "BBK/BRNK" animesinin bağlanış mahnısı olmuşdur və Oricon-un həftəlik çartlarında 82-ci yeri tutmuşdur. Üçüncü sinql "Styx Helix" 25 may 2016-cı ildə buraxılmışdır. Bu mahnı isə "Re:Zero -Starting Life in Another World-" animesinin bağlanış mahnısı olmuşdur. Bundan əlavə, qrupun "Straight Bet" mahnısı bu animenin 7-ci seriyasında, "Theater D" adlı mahnısı isə bu animenin 14-cü seriyasında bağlanış mahnısı kimi istifadə olunmuşdur. Dördüncü sinql "Paradisus-Paradoxum" "Re:Zero -Starting Life in Another World-" animesinin ikinci açılış mahnısı olmuşdur. Beşinci sinql "Jingo Jungle" isə 8 fevral 2017-ci ildə buraxılmışdır. Bu sinql "Saga of Tanya the Evil" anime serialının açılış mahnısı olmuşdur. Qrupun ""Crazy Scary Holy Fantasy" adlı mahnısı isə "Overlord: The Undead King" anime filminin tema mahnısı olmuşdur.
26 aprel 2017-ci ildə qrupun ilk albomu olan "eYe's" buraxılmışdır.
18 dekabr 2017-ci ildə qrupun 6-cı sinqlı "Hydra" anons edilmişdir.. Mahnı "Overlord" animesinin ikinci mövsümünün bağlanış mahnısı olmuşdur.
Qrupun "shadowgraph" mahnısı 2019-cu ildə "Boogiepop and Others" mahnısının açılış mahnısı olmuşdur. 2024-cü ildə qrupun "Nox Lux" mahnısı "Re:Zero -Starting Life in Another World-" animesinin 3-cü mövsümünün bağlanış mahnısı olmuşdur.
Üzvlər Tom-H@ck – qrupun prodüseri və qurucu üzvüdür. Əsl adı Tom Oşimadır. hotaru – qrupun mahnı yazıçısı və qurucu üzvüdür. Lakin qrupdan əlavə başqa müğənnilər üçün də mahnı sözləri yazır. KIHOW – qrupun vokalistlərindən biridir. Yaponiyadan xaricdə yaşadığına görə həm yaponca, həm ingiliscə oxuya bilir. Tom-H@ck tərəfindən kəşf edilmiş və qrupa 2017-ci ildə qoşulmuşdur. Mayu – qrupun vokalistlərindən biri və qurucu üzvü idi. 2017-ci ilin noyabrında qrupdan ayrılıb solo karyeraya başlamışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Yaponiya rok-qrupları Kateqoriya:2015-ci ildə yaranan musiqi qrupları Kateqoriya:Media Factory Kateqoriya:Anime musiqi qrupları Kateqoriya:2015-ci ildə Yaponiyada yarananlar