Ailə idman məktəbi qısametrajlı sənədli televiziya filmi rejissor Əhməd Abdullayev tərəfindən çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycanda yeganə ailə idman məktəbi olan Qazıyevlər ailəsindən bəhs edir.
Məzmun Film Azərbaycanda yeganə ailə idman məktəbi olan Qazıyevlər ailəsindən bəhs edir. Qubadlı rayonunun Qəzyan kəndində yaşayan bu ailə hər gün səhər idmanı edir, çay kənarında yuyunur, sonra oraqlarını götürüb taxıl biçirlər. Ailə başçısı bu çoxuşaqlı ailə üzvlərinin hər birinə idmana sevgini aşılaya bilib. Ailə üzvlərindən artıq yarışlarda nəticələr göstərənlər də var.
Həmçinin, filmdə kənd toyu göstərilir. Bu toy münasibətilə kənddə at yarışları keçirilir, kəndirbaz gənclər öz məharətlərini göstərir, milli və klassik güləş üzrə yarışlar keçirilir. Bu yarışlarda Qazıyevlər ailəsi də iştirak edir. Hətta ailənin ən kiçik üzvləri azyaşlı əkiz qardaşlar da artıq güləşin əlifbasını öyrənməyə başlayıblar…
Filmin üzərində işləyənlər Ssenarist: Hikmət Seyidov Rejissor: Əhməd Abdullayev Operator: Ömər Qazıyev
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:Azərbaycan filmləri