Blenda (almanca: Blende) — kinoçəkiliş aparatının və ya fotoaparatların obyektivinin ön hissəsinə birləşdirilən silindr və ya kəsik piramida şəklində quruluş; adətən rezin və ya plastik materialdan hazırlanır.

Blenda obyektivi yan tərəfdən düşən işıq şüalarından qoruyur; bu şüalar neqativ materialda işıq ləkələrinin əmələ gəlməsinə və təsvirin tutqun alınmasına səbəb olur. Blendanın iki əsas funksiyası var:

1. Blenda linzaları mexaniki təsirlərdən qoruyur. 2. Blenda linzaların üstünə işiğı düşməyə qoymur, işiğı qabağdan ötürür.

İstinadlar

Kateqoriya:Fotoqrafiya