Dmitri Vasiliyev (tam adı: Dmitri Viktoroviç Vasiliyev, ; 26 dekabr 1979, Ufa, Başqırd MSSR, SSRİ) — başqırd əsilli xizəklə tullanma üzrə Rusiya idmançısı, dəfələrlə Rusiya çempionu, Dünya Kuboku mərhələlərinin dəfələrlə mükafatçısı, beynəlxalq dərəcəli idman ustası, iki Olimpiya oyunlarının iştirakçısı (2006 və 2014) və doqquz dəfə dünya çempionu (1999–2017).

Karyerası 1998/99-ci illərdən bəri Dünya Kubokunda yarışır. Dünya Çempionatında ən yaxşı performansı Oberstdorf 2005-də, komandalı normal təpə yarışında beşinci, ən yaxşı fərdi performansı isə, Sapporo 2007-də fərdi böyük təpədə yeddinci olduğu zaman idi. İtaliyanın Turin şəhərində keçirilən 2006 Qış Olimpiya Oyunlarında Vasiliyev komanda yarışında səkkizinci, fərdi normal təpə yarışında isə, onuncu olmuşdur.

2004 və 2006-cı illərdə keçirilən Dünya Xizəklə Tullanma Çempionatının komanda yarışlarında yeddinci olmuşdur. Vasilyevin ən yaxşı fərdi Dünya Kuboku performansı, 2001-ci ildə Qarmiş-Partenkirhen şəhərində fərdi böyük təpə yarışında ikinci olduğu zaman idi. Vasiliyevin ümumilikdə doqquz fərdi və üç komanda Dünya Kuboku podiumları var.

Dünya Kuboku MövsümÜmumilikdə1998/99 – – – – M/D –1999/0042 37 – – M/D 422000/0133 28 – – M/D M/D2002/0353 72 M/D – M/D M/D2003/0459 43 M/D – M/D M/D2004/0529 12 M/D 61 M/D M/D2005/0622 14 M/D 18 M/D M/D2006/0711 10 M/D 9 M/D M/D2007/0818 5 M/D 47 M/D M/D2008/095 5 6 4 M/D M/D2009/1028 24 – – M/D M/D2010/1175 – – M/D M/D M/D2011/1239 21 46 M/D M/D M/D2012/1322 7 – M/D M/D M/D2013/1440 – – M/D M/D M/D2014/1534 15 22 M/D M/D M/D2016/1758 46 34 – M/D M/D

Dünya rekordu

Ən uzun tullanma 15 fevral 2015 tarixində Vasiliyev Vikersund təpəsində uzağa tullandı, lakin eniş zamanı ağır qəzaya uğradı. Bu, hələ də dünyanın qeyd edilən ən uzun sıçrayışıdır, lakin qara arxası ilə toxunduğuna görə etibarsız sayılmışdır.

Yay dünya rekordu 15 oktyabr 2016 tarixində Vasiliyev Soçidə keçirilən Rusiya Milli Çempionatı zamanı, RusSki Qorki tullanma mərkəzində uzağa tullandı və beş illik köhnə dünya rekordunu qırdı.

Dopinq skandalı 2001-ci ildə keçirilən Dörd Təpə Turnirində Vasiliyev, qadağan olunmuş bir diüretik olan Furosemid maddəsi üçün sınaqdan keçdiqdən sonra müsbət cavab gəldi. Bu skandaldan sonra bütün müsabiqələrdən iki il qadağan edildi.

İstinadlar

Xarici keçidlər Beynəlxalq Xizək Federasiyasında Dmitri Vasiliyev

Kateqoriya:Ufada doğulanlar Kateqoriya:Rusiya idmançıları Kateqoriya:Xizəklə tramplindən tullananlar Kateqoriya:Rusiyanın beynəlxalq dərəcəli idman ustaları Kateqoriya:Başqırdlar