Hadisələr 3 fevral- ABŞ-nin Almaniya ilə bütün diplomatik əlaqələri kəsməsi. 9 mart — Xüsusi Zaqafqaziya (Cənubi Qafqaz) Komitəsinin təsis edilməsi. 2 noyabr — İngiltərənin "Balfur Bəyənnaməsi" adlı sənəd qəbul etməsi. 14 noyabr — Zaqafqaziya Komissarlığının yaradılması. 31 dekabr — RSFSR Xalq Komissarları Soveti tərəfindən Finlandiyanın dövlət müstəqilliyinin tanınması haqqında dekret verilməsi. 6 mart — Bakı Sovetinə seçkilərin keçirilməsi. 9 mart — Rusiya imperiyasının Müvəqqəti Hökuməti tərəfindən Qafqazda çar idarəçilik sisteminin — Qafqaz canişinliyininn ləğv edilməsi barədə qərar verilməsi. 17 mart — Müvəqqəti hökumətin Bakıda yerli hakimiyyət orqanı olan "İctimai Təşkilatların İcraiyyə Komitəsi"nin yaradılması. 27 mart — Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin seçilməsi. aprel — Bakıda Qafqaz müsəlmanları qurultaylarının keçirilməsi. aprel — Bakıda sosial-demokrat "Ədalət" təşkilatının yaradılması. 17 iyun — Müsavat Partiyası ilə Türk Ədəmi-Mərkəziyyət Partiyasının birləşməsi. avqust — "Birlik" təşkilatının yaradılması. avqust -Azərbaycan Demokratik firqətinin müstəqil fəaliyyətə başlanması 26 oktyabr — Müsavat Partiyasının I qurultayının keçirilməsi. "Müsəlman artistləri cəmiyyəti"nin köməyi ilə Naxçıvanda "El güzgüsü" adlı yerli teatr cəmiyyətinin yaradılması. Cənubi Azərbaycanda ilk orta məktəbin açılması.
Doğumlar 17 yanvar – Ulises Kay, amerikalı bəstəkar. 13 aprel – Arif Nərimanbəyov, operator. 29 may – Con Kennedi, ABŞ-nin 35-ci prezideni. 18 iyun — Cövdət Hacıyev, bəstəkar. 16 iyul — İbrahim Əbdülqadir Meriçboyu, türk şair. 22 sentyabr — Hacıbaba Əskərov, məşqçi. 7 noyabr – Tofiq Quliyev, bəstəkar. 19 noyabr — İndira Qandi, Hindistanın məşhur siyasi xadimi.
Ölümlər 1 aprel – Skot Coplin, amerikalı bəstəkar.