Loik Notte ( 10 aprel 1996, Kursel, Belçika) — Belçika müğənnisi, rəqqası və bəstəkarı. Loik Notte 2014-cü ildə Belçikanın The Voice səs yarışmasında iştirak edərək 2-ci yerdə qərarlaşmışdır. Müğənni eyni zamanda Belçikanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və 217 xalla dördüncü yeri qazanmışdır.

Musiqi karyerası Belçika tamaşaçıları Loik Notte ilə ilk dəfə ölkədə keçirilən The Voice səs yarışmasında tanış olmuşdur. Gənc müğənni yarışmanın münsifləri və ümumilikdə Belçika tamaşaçılarından əsasən müsbət rəylər qazanmış və yarışmanın finalına yüksələrək, ikinci yerdə qərarlaşmışdır. Loik Notte yarışmada Beverli Co Skottun komandasına yer almışdır.

Belçikanın səs yarışmasında qazandığı uğurdan sonra Loik Notte Belçikanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanmışdır.. Gənc müğənni müsabiqədə ifa etdiyi "Rhythm Inside" mahnısı ilə müsabiqənin final mərhələsinə uğurla yüksəlmiş və finalda isə 217 xalla 27 iştirakçı arasında 4-cü yerdə qərarlaşmışdır. Loik Avropada hitə çevrilən Avroviziya mahnısı üçün üç fərqli video kliplər çəkdirmişdir.

Avroviziyadan sonra Loik Notte 2015-ci ilin oktyabr ayında Fransanın "Ulduzlarla rəqs" yarışmasına qatılmış və yarışmada qalib gəlmişdir.

2016-cı ilin mart ayında Loik Nottenin "Selfocracy" adlandırdığı ilk albomu işıq üzü görmüşdür. Albomdakı sinqllardan biri olan "Million Eyes" Fransa və Belçikada hit paradlarda ikinci yerədək yüksəlməyə nail oldu. Loik oktyabr ayında həmin mahnıya çəkilən klipi təqdim etdi.

Həyatı Loik Notte 10 aprel 1996-cı ildə Belçikanın Kursel şəhərində anadan olmuşdur. Loik müsahibələrindən birində səsinin qız səsinə bənzədilərək daha öncələr müxtəlif insanlar tərəfindən təhqirlərə məruz qaldığını bildirmişdir. Müğənni sonuncu albomundakı mahnılarından birində ("Million Eyes") məhz keçmiş həyatın onda buraxdığı silinməz yaralardan bəhs edir və emosiyalarını dinləyici ilə bölüşür.

Mahnılar İl Mahnı adı Tərcümə 2015 "Rhythm Inside" Daxildəki ritm 2016 "Million Eyes" Milyonlarla gözlər 2017 "Mud Blood" Palçıq qan "Hungry Heart" Ac ürək "Doctor" Həkim

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Belçikada doğulanlar Kateqoriya:Belçika müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Belçikanın "Avroviziya" təmsilçiləri