"Azərifrog" — Qurbağa və qurbağa məhsullarının Azərbaycanda ilk ixracatçısı olan şirkət.

Tarixi Şirkət "Azərifrog" MMC adı ilə 2015-ci ildə yaradılıb, 2016-cı ilin yayından fəaliyyətə başlayıb.

Rəhbəri Şirkətin rəhbəri Fransada təhsil almış və xarici bazara qurbağa məhsulu çıxaran ilk azərbaycanlı olan Rauf HüseynzadədirAzərbaycan xaricə qurbağa əti ixrac edir – FOTO . oxu.az, 17.10.2016 .

Ferması Azərbaycan Respublikasının Salyan rayonunun Şorsulu kəndində şirkətin qurbağa ferması yerləşirAzərbaycan xaricə qurbağa satır - Fotolar . azvision.az, 17.10.2016 . Bu fermaya yetişdirilmək üçün qidaya yararlı qurbağalar Braziliyadan gətirilmişdirAzərifrog şirkəti haqqında . azerifrog.com .

Hal-hazırda fermada 100 nəfərdən artıq işçi çalışır.

Şirkət həm yerli, həm də xarici bazarı qurbağa əti ilə təmin edir; müqavilə əsasında Fransa, Çin və İspaniya şirkətləri ilə əməkdaşlıq edir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2015-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan şirkətləri Kateqoriya:Qida şirkətləri