Tatyana Yevqenyevna Çaladze () — Latviya və Azərbaycan jurnalisti.

Həyatı Latviyada anadan olmuş və böyümüş Tatyana Çaladze vaxtilə "Baltiyskoe vremya", "Atmoda" və "Latviyas layks" qəzetlərində işləyib. 1992-ci ilin sonlarında Qarabağ müharibəsini işıqlandırmaq üçün Azərbaycana gəlib. Döyüşlərin gedişində iştirak edib, qəlpə yarası alıb. O, Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də Azərbaycan və Ermənistan tarixi haqqında bir çox məqalələrin müəllifidir. Azərbaycan prezidentinin sərəncamı ilə 21 iyul 2010-cu ildə Tatyana Çaladzeyə Əməkdar jurnalist adı verilib. İslam dinini qəbul etmişdi.

O, 2017-ci il dekabrın 2-də vəfat edib. Dekabrın 3-ü Bakının Yasamal rayonunda "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.

Biblioqrafiya Əsərləri Qarabağ: müharibə üzlərdə: 1992-1994: cəbhə albomu (2004) Qarabağ: Onlar dürüst öldülər () (2014) Həmdərd () (2014)Т. Чаладзе ; ред. Дж. Аббасова. - Баку : Изд-во Азербайджан, 1995. - 232 с. : 4 вкл. л., фот. ; 20 см. - 5000 экз.. - həd.

İstinadlar

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Yasamal qəbiristanlığında dəfn olunanlar