Karl van Vexten (tam adı Carl Van Vechten; 17 iyun 1880 – 21 dekabr 1964)  — Amerikan yazıçısı  və fotoqrafı. O, Harlem İntibahının nümayəndəsi Qeytruda Staynın ədəbi icraçısı olmuşdur."Portraits by Carl Van Vechten – Carl Van Vechten Biography – (American Memory from the Library of Congress)" . Memory.loc.gov. Retrieved March 9, 2010. 

Həyatı və karyerası Ayova ştatının Sidar Rapids şəhərində anadan olan Vexten Çarles və Ada van Vexten ailəsinin ən gənc üzvü idi.White, Edward (2014), The Tastemaker: Carl Van Vechten and the Birth of Modern America, New York: Farrar, Straus and Giroux, ISBN 978-0-374-20157-9 O. 1898-ci ildə Vaşinqton Ali Məktəbini,"Carl Van Vechten's Camera Documented Personalities". Cedar Rapids Gazette. March 10, 1971. Retrieved November 17, 2012. daha sonra 1903-cü ildə isə Çikaqo Universitetini bitirmişdir."Carl Van Vechten Biography". Biography.com. December 21, 1964. Retrieved March 9,2010. 1906-cı ildə Nyu-york şəhərinə köçür. Nyu-York Taymz jurnalında musiqi tənqidçisinin köməkçisi vəzifəsində işə qəbul olur.Sanneh, Kelefa (February 17, 2014). "White Mischief: The passions of Carl Van Vechten" . The New Yorker. 1907-ci ildə operaya olan marağı  onu Avropaya səyahət etməyə vadar edir.  

İlk uğursuz nikahından sonra 1914-cü ildə aktrisa Fane Marinoff ilə evləndi. Karl van Vexten ömrünün sonuna kimi bu xanımla birlikdə olsa da, ölümündən sonra onun 25 il homoseksuallığını ifadə edən şəxsi fotoları tapılmışdır.  

1913-cü ildə Parisdə Qeytruda Stayn ilə görüşdü. Onlar uzun müddət dost idilər və ölümündən sonra Staynın kitablarını nəşr etdirdi. Eyni zamanda o, Afro-amerikan yazıçısı olan Nelli Larseni də dəstəkləyirdi.

1950-ci illərdə, yaşının çoxluğuna baxmayaraq, öz fikirlərini dəyişdirmədən Senator Makkartinin anti-kommunist tiradalarına qarşı çıxdı.

Arxiv və muzey kolleksiyası Karl van Vextenin əsərlərinin əksəriyyəti Yel Universitetində Baynerk Nadir Kitab və Əlyazma Kitabxanasında saxlanılır. Burada həmçinin "Yaşayan portretlər: Karl van Vextenin çəkdiyi Afro-amerikalıların rəngli fotoları, 1939-1964" adlı slayd da var. Bu kolleksiyada 1884 rəngli şəkil var. 

Əsərləri Böyük Müharibədən sonra səslənən musiqi (1915) Musiqi və pis davranışlar (1916) thumb|232x232px|Karl van Vextenin evi və studiyası, 2017.Tərcüməçilər və şərhçilər (1917) Karusel (1918) İspaniya musiqisi (1918) Mansardada (1919) Evdə pələng (1920) Housetop (1921) Piter Vifl (1922) Kor bantlı oğlan (1923) Tatulu qraf arvadı (1924) Qırmızı (1925) Petarda. Realist roman (1925) Qazıntılar (1926) Zənci səması (1926) Hörümçək oğlan (1928) Yığıncaqlar (1930) Xüsusiyyətlər (1930) Müqəddəs və kafir xatirələr (1932)

Ölümündən sonra Karl van Vextenin rəqs yazıları (1974)

Həmçinin bax Joan Miro

İstinadlar

Xarici keçidlər Karl van Vextenin əsərləri Qutenberq Qalereyasında

Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:Portret fotoqrafları Kateqoriya:ABŞ fotoqrafları Kateqoriya:XX əsr ABŞ yazıçıları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:XX əsr fotoqrafları