Alenia Aermacchi M-346 Master İtaliyanın Leonardo şirkətinin istehsalı olan hərbi məqsədlər üçün istifadə olunan reaktiv təlim-məşq təyyarəsidir. Əvvəllər Rusiyanın Yakovlev şirkəti ilə birlikdə istehsalı planlaşdırılsa da, 2000-ci ildə tərəfdaşlığın ləğv olunmasından sonra "Alenia Aermacchi" şirkəti M-346 təyyarəsini ayrılıqda istehsal etməyə başlamışdır. Təyyarənin ilk uçuşu 2004-cü ildə həyata keçirilmişdir. Hazırda İtaliya, İsrail, Azərbaycan, Sinqapur və Polşanın hərbi hava qüvvələri tərəfindən istismar olunur. 2016-cı ildə "Alenia Aermacchi"nin "Finmeccania" şirkətinə birləşməsindən sonra əsas istehsalçı 2017-ci ildən etibarən "Leonardo" şirkəti olmuşdur."LEONARDO: FILING OF ARTICLES OF ASSOCIATION" Leonardo, 10 yanvar 2017.

Taktiki-texniki xüsusiyyətləri right|300px|Alenia Aermacchi M-346 Master Ümumi parametrlər Ekipaj: 2 nəfər Uzunluğu: 11.49 m Qanad uzunluğu: 9.72 m Hündürlüyü: 4.76 m Qanadının sahəsi: 23.52 m² Boş çəki: 4,610 kq Yüklü çəki: 6,700 kq Maksimum qalxma çəkisi: 9,500 kq Güc təminatçısı: 2 × Honeywell F124-GA-200 (hər birinin itələmə gücü 28 kN)

Uçuş keyfiyyətləri Maksimal sürət: 1,059 km/s Uçuş məsafəsi: 1,981 km Maksimal uçuş məsafəsi: 2,722 km (əlavə 3 yanacaq çəni ilə) Uçuş tavanı: 13,716 m Yüksəkliyə qalxma sürəti: 6,705 m/dəq Qanad yüklənməsi: 285 km/m² Çəkmə gücünün çəkiyə nisbəti: 0.84

Silahlanması Xarici asmalarda 3000 kq ağırlığında raket və ya aviabomba daşıya bilər

İstifadəçiləri : 18 ədəd T-346A variantı sifariş olunub.

: 12 ədəd : 30 ədəd : 8 ədəd

Həmçinin bax Təlim təyyarəsi Azərbaycan Hərbi Hava Qüvvələri

İstinadlar

Xarici keçidlər

М-346 на сайте производителя Итальянский учебно-боевой самолет впервые поднялся в воздух M.346

Kateqoriya:Təyyarələr Kateqoriya:İkimühərrikli reaktiv təyyarələr