thumb|291x291px|Harrods ticarət mərkəzi "Harrods" — Londonda yerləşən dəbdəbəli mağaza. Hal-hazırda Qatar Əmirliyinin mülkiyyətindədir"Qatar investor buys UK department store Harrods" . Reuters. 2010. Retrieved 2017-06-05.. "Harrods" brendi altında Harrods Bankı, Harrods Aviasiyası və s. müəssisələrə aiddir.

Mağazanın sahəsi 20 000 kvadrat metrdir və 90 000 kvadrat metr ərazidə 330 mağazanı özündə cəmləşdirir.La Nación newspaper, Buenos Aires, Harrods, the return of an icon of Bienos Aires, April 2010  (in Spanish)

Harrods mağazasının devizi latın dilində olan Omnia Omnibus Ubique ifadəsidir, “hər şey hər yerdə hami üçün” kimi tərcümə olunur."History of Harrods department store" . BBC News. 2010-05-08. Retrieved 2017-07-03. Mağazanın bəzi şöbələri, eləcə də Milad şöbəsi və qida zalları əhali arasında daha populyardır. Harrods mağazası Böyük Britaniya Parlamenti və Big Bendən sonra Londondakı üçüncü ən məşhur yer sayılır. 

Tarixi Şirkət 1824-cü ildə 25 yaşlı Çarlz Henri Harrod tərəfindən təsis edilib və ilk fəaliyyətinə kiçik bir baqqal mağazası olaraq başlayıb. 1849-cu ildə Harrod Brompton Yolu üzərində kiçik bir mağazanı satın aldı. Buradakı iki satıcısı ilə fəaliyyətinə davam edir.  Harrodsun oğlu Çarles Diqbi Harrods 1880-ci ildə 100 nəfərlik heyət ilə mağazanın fəaliyyətini böyüdür.

1883-cü ilin dekabr ayında bina tamamilə yanaraq kül olur, buna baxmayaraq, Harrods Milad bayramı ərəfəsində satış rekordu əldə edir. 1898-ci ilin noyabrında Böyük Britaniyada ilk dəfə Harrods mağazasının daxilində eskalator açıldı. 1922-ci ildə Harrods satıldı, ancaq tarixi adını qorudu. 

1985-ci ildə mağazanı Misir milyarderi Məhəmməd əl-Feyed almış, 2010-cu ildə isə onu dövləti "Qatari İnvestisiya Fondu" na 1,5 milyard funt sterlinqə satmışdı.

Məhsullar və xidmətlər Qadınlar, kişilər, uşaqlar və azyaşlılar üçün elektronika, zərgərlik, idman malları, toy məhsulları, ev heyvanları üçün məhsullar, oyuncaq, yemək, sağlamlıq və gözəllik məhsulları, müxtəlif geyim və xidmətlər təklif edən 300-dən çox şöbə və bölməsi var.

Mağazanı gün ərzində 300 mindən çox müştəri ziyarət edir. Bu İngiltərədə ən çox adam qəbul edən ticarət mərkəzidir.

İstinadlar

Xarici keçidlər Rəsmi internet səhifəsi

Kateqoriya:London tikililəri Kateqoriya:London tarixi Kateqoriya:Əvvəllər London Fond Birjasında siyahıya alınmış şirkətlər Kateqoriya:Birləşmiş Krallıq şirkətləri