Rasmus Nissen Kristensen (11 iyul 1997-ci ildə anadan olub) — NK kimi də tanınan, Erediviziya təmsilçilərindən olan Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar Danimarkalı futbolçu.

Gənclik karyerası Nissen futbolçu ailəsində anadan olmuşdur. O, futbolçu karyerasına 6 yaşı olarkən yerli Brande klubunda başlamışdır. 6 il bu klubda çıxış etdikdən sonra Nissen iki il Herninq Fremad klubunda top qovdurmuşdur. 2012-ci ildə Nissen Midtyulland klubunun gənclər komandası ilə müqavilə imzalamışdır.

Klub karyerası

Midtyulland Nissen əsas komanda heyətinə 2016-cı ilin yayında 18 yaşı olarkən dəvət almışdır. O, klub ilə beş illik peşəkar müqavilə imzalamışdır.

O, peşəkar karyerasında debütünü 7 mart 2016-cı ildə 18 yaşı olarkən Nordşelland klubuna qarşı Superliqa görüşündə etmişdir. O, görüşə ehtiyat oyunçular skamyasında başlamış və 39-cu dəqiqədə Vaklav Kadleçi əvəz etmişdir. Həmin görüşdə komandası 1-2 hesabı ilə məğlub olmuşdur. O, 2016-17 mövsümündə komandanın əsas oyunçusuna çevrilmişdir.

Ayaks 22 yanvar 2018-ci ildə Ayaks klubunun direktoru Mark Overmans Het Parool qəzetində Nissen ilə müqavilə imzaladıqlarını təsdiqləmişdir.

Şəxsi həyatı Nissen Şturm Qrats klubunun keçmiş futbolçusu olan Siqurd Kristensenin qardaşı oğludur. Leon Yessenin isə qardaşıdır.

İstinadlar

Xarici keçidlər

Rasmus Nissen at DBU Rasmus Nissen at FCM

Kateqoriya:Danimarka futbolçuları Kateqoriya:2022 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:Danimarkanın kişi futbolçuları Kateqoriya:Ayntraxt Frankfurt FK futbolçuları Kateqoriya:Lids Yunayted FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Roma FK futbolçuları Kateqoriya:Avstriya Bundesliqası futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:Ayaks AFK futbolçuları Kateqoriya:Niderlandda legioner futbolçular Kateqoriya:İngiltərədə legioner futbolçular Kateqoriya:Avstriyada legioner futbolçular Kateqoriya:Almaniyada legioner futbolçular