Simane tayfası — Boliviyanın savannalarında yaşayan və dünyada ən sağlam ürək-damar sisteminə malik xalq kimi tanınan etnik qrupTsimané of the Bolivian Amazon have world's healthiest hearts, says study. İstifadə tarixi: 19 fevral 2026..
Populyasiya Simane tayfasında yüksək təbii artım tempi ilə 3%-lik artım göstəricisinə sahibdir və tayfası təqribi yarısının yaşı 15-ın altındadır.
Sağlamlıq səviyyəsi Müayinəsi aparılmış yaşı 40-94 olan 705 simane hindusunun 90%-nin damarlarında xolesterin qalıqları aşkar olunmamış, ürək-damar sistemi xəstəliklərinin riski yalnız yaşı 75-dən yuxarı olan əhalinin 8%-də qeydə alınmışdır. Tayfa nümayəndələrində hipertoniya, sürətləndirilmiş nəbz, qanda şəkərin və xolesterinin yüksək miqdarı çox az halda müşahidə olunur.
9-13 min nümayəndədən ibarət tayfanın əhalisi 80-85 xırda kəndlərdə yerləşmişdir. Simane tayfası əhalisinin ürək-damar sisteminin yaxşı vəziyyətdə olması, tədqiqatçıların fikrincə, onların yaşam tərzi və qidalanmaları ilə bağlıdır. Burada kişilər gündə 6-7 saat, qadınlar isə 4-6 saat fiziki işlərlə - ovçuluq, balıq tutma, əkinçilik, qida məhsullarının toplanması - məşğul olurlar. Onların qidası mürəkkəb karbohidratlardan - düyü, plantan (bananların şirnisiz tərəvəz növü), qarğıdalı, qoz və meyvələrdən ibarətdir. Ət zülalları və yağlar rasionun 14-15%-ni təşkil edir. Tütündən istifadə etmirlərBolivia’s Tsimane have healthiest hearts: study. İstifadə tarixi: 19 fevral 2026., arabir maniokadan pivə düzəldilib içilir.«Наука и жизнь» 2017, № 11, səh.25
Qidalanma Simane tayfasının qidalanmasında ovçuluq mühüm yer tutur. Onlar balıq, Braziliya tapiri, maral və müxtəlif növ meymun ovlayır.
Dil Tarixləri boyu simanelər qonşuluqdakı başqa tayfalar (yurakare, trinitarios, takanas, reyesanos və başqaları) ilə zaman-zaman əlaqədə olsa da, əsasən qapalı cəmiyyət olduqlarından simane dilindəki leksik və qrammatik xüsusiyyətlərdə izolyasiya aydın seçilir, başqa dillər ilə oxşarlıq çox cüzi səviyyədədirThe Tsimane. İstifadə tarixi: 19 fevral 2026.. Sadəcə qonşuluqdakı mosetan tayfası ilə oxşarlıq müşahidə olunur. Tayfadakı insanların əksəriyyəti simane dilində ünsiyyət saxlayır və ikidilli təhsil siyasəti ilə birlikdə ispan dili də istifadə olunurTsimane fieldsite in Bolivia. İstifadə tarixi: 19 fevral 2026..
Mədəni irs Mədəni irs nümunələri şifahi yolla nəsildən-nəslə ötürülür.
İstinadlar
Kateqoriya:Boliviya əhalisi