Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu. Abbas Mirzə Şərifzadə küçəsində yerləşir.
Tarixi thumb|250px|Azərbaycan Milli Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya İnstitutunun qarşısında akademik Zərifə Əliyevanın barelyefi AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutu 1968-ci ildə keçmiş SSRİ EA Azərbaycan filialının Fiziologiya sektoru əsasında yaradılmışdır (Azərbaycan SSR Nazirlər Kabinetinin 21 fevral 1968-ci il tarixli 80 saylı qərarı). İnstitutun ilk direktoru akademik Abdulla İsmayıl oğlu Qarayev olmuşdur. Hazırda institut onun adını daşıyır.
Fəaliyyət istiqamətləri Orqanizmin inkişafının ekoloqo-fizioloji və biokimyəvi əsasları, şərti reflektor fəaliyyəti, analizator funksiyaların neyrofizioloji və neyrokimyəvi mexanizmləri, insan orqanizminin inkişafının və qocalmasının psixofizioloji və neyroendokrin qanunauyğunluqları. Azərbaycanın yüksək uzunömürlülük indeksinə malik olan regionlarında uzunömürlülərin tibbi-bioloji tədqiqi; Təbii mənşəli heroprotektorların fizioloji və biokimyəvi proseslərə təsiri; Prenatal ontogenezin müxtəlif dövrlərində stres faktorların təsirinə məruz qalmış baş beynin strukturlarında energetik mübadiləni tənzimləyən fermentlərin postnatal ontogenezdə fəallığının öyrənilməsi; Ağır metalların balıqların və siçovulların fizioloji göstəricilərinə təsiri; Sensor mərkəzlərin inkişafına hipoksiya və hipokineziyanın təsiri; Кütləvi istifadə edilən qeyri-ionlaşdırıcı elektromaqnit şüalanmalarının inkişafda olan orqanizmin redoks-homeostazına təsirinin öyrənilməsi; Sinir proseslərinin plastiki təminatinda monoaminergik sistemin iştirakının neyrofizioloji aspektləri; Qidanin zülal tərkibinin dəyişməsi fonunda toxumaların morfofunksional plastikliyi; Baş beyində strukturlararası qarşılıqlı əlaqələrin, sosial və şərti-reflektor davranışların və hüceyrələrin differensiasıyanın neyrofizioloji və neyrokimyəvi tədqiqi; Normada və müxtəlif funksional vəziyyətlərdə olan baş beynin inteqrativ sistemlərinin yaş xüsusiyyətləri; Tamamlanmış elmi-tədqiqat işlərinin araşdırılması, innovativ əhəmiyyətli nəticələrin üzə çıxarılması və təqdim edilməsi.
Tabeliyindəki qurumlar thumb|250px|AMEA akademik Abdulla Qarayev adına Fiziologiya Institutu "Uzunömürlülüyün fiziologiyası" laboratoriyası "Təbii mənşəli heroprotektorların farmakologiyası" laboratoriyası "Ontogenezin biokimyası" laboratoriyası "Ekotoksikologiya" laboratoriyası "Mühit amilləri və analizatorların formalaşması" laboratoriyası "Hüceyrə metabolizminin fiziologiyası" laboratoriyası "Neyrofiziologiya" laboratoriyası "Hüceyrənin morfofunksional plastikliyi" laboratoriyası "İnteqrativ fəaliyyətin molekulyar əsasları" laboratoriyası "Görmənin fiziologiyası" yaradıcı qrupu "Kliniki neyrofiziologiya" laboratoriyası "Vivari" qrupu "İmmunofiziologiya və eksperimental transplantologiya" laboratoriyası
Həmçinin bax
Zoologiya İnstitutu (Azərbaycan)
Xarici keçidlər Аzərbaycan Milli Elmlər Akademiyası AMEA Mərkəzi Elmi Kitabxanası AMEA Mərdəkan Dendrarisi AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası
Kateqoriya:Azərbaycanın elmi-tədqiqat institutları Kateqoriya:Azərbaycan Milli Elmlər Akademiyası