Çorluspor — Türkiyənin Təkirdağ ilinin Çorlu məhəlləsində yerləşən Türk futbol klubu. Ev matçlarını 5300 tutumu olan "General Basri Saran stadionu"nda oynayır. 1 yanvar 1947-ci ildə qurulub. Daha əvvəl adı "Çorluspor" idi. 2014-2015 mövsümündən əvvəl Çorluspor, Sənayesporla birləşib öz adını "Çorluspor 1947" olaraq dəyişdi.
İlk olaraq Doğanspor adı ilə fəaliyyətə başlamış və rəngləri ağ-qara olmuşdur. 1961-ci ildən rəngləri qırmızı-sarı olmuşdur.
Uzun illər həvəskar heyətdə mübarizə aparan sarı-qırmızı komanda, il çempionluqları, Trakya və Marmara ərazilərində birinciliklər əldə etdikdən sonra 4 dəfə 3. Liqa çempionluğu yaşayıb.
İstinadlar
Kateqoriya:1947-ci ildə yarananlar Kateqoriya:1 yanvarda yarananlar Kateqoriya:Türkiyə futbol klubları