II Xoyski hökuməti, İkinci hökumət kabineti və ya Müsavat-Bitərəflər hökuməti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 2-ci, Fətəli xan Xoyskinin başçılığı ilə 17 iyun 1918 tarixindən 7 dekabr 1918-ci ilədək fəaliyyət göstərmiş, müsavatçılar, müstəqillər və bitərəflərdən ibarət müvəqqəti koalisya hökuməti.Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament. (stenoqrafık hesabat), c.1–2, B., 1998
Zəmin Azərbaycan Milli Şurası və Hökumətinin həyata keçirmək istədiyi tədbirlərin "həddindən çox demokratik" istiqamətindən narazı qalan Azərbaycan burjuaziyası və mülkədarlarının müəyyən dairələrinin təsirilə Nuru Paşa Azərbaycan Milli Şurası və Hökumətini şübhə ilə qarşıladı. İyunun 16-da Gəncəyə gələn Azərbaycan Milli Şurasının iyunun 17-də Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə iki iclası keçirildi.
Birinci qapalı iclas iyunun 17-də saat 12-də şəhər idarəsinin binasında toplandı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin sədri Fətəli xan Xoyski söz alaraq bildirdi ki, Məhəmməd Əmin Rəsulzadə və Məmməd Həsən Hacınski ilə birlikdə onlar Qafqazdakı türk ordusunun komandanı Nuru Paşanın yanında olmuş və Tiflisdə yaradılmış Milli Şura və Azərbaycan Hökuməti haqqında ona məlumat vermişlər. Nuru Paşa cavabında bildirib ki, bir əsgər kimi o, mülki işlərlə kifayət qədər tanış deyil, ona görə də bu barədə onun mülki işlər üzrə müşaviri Əhməd bəy Ağaoğluna müraciət etsinlər. Əhməd bəy Ağaoğlu ilə görüşlərindən bəhs edən Fətəli xan Xoyski məlumat verdi ki, danışıq zamanı Əhməd bəy Ağaoğlu Türkiyə hökumətinin və onun Gəncədəki nümayəndəliyinin Azərbaycanın daxili işlərinə qarışmayacağını bildirdi, lakin Milli Şuranın yeni Hökumət yaradaraq özünü buraxmasını tələb etdi.
İyunun 17-də saat 2-də Milli Şuranın çox gərgin şəraitdə keçən ikinci iclasında Fətəli xan Xoyski Tiflisdə təşkil etdiyi Hökumətin fəaliyyəti barədə qısaca məlumat verərək Şura üzvlərindən onun Hökumətinin istefasını qəbul etməyi xahiş etdi. Uzun və gərgin müzakirədən sonra iclas Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin yeni yaradılacaq Azərbaycan Müvəqqəti Hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul etdi.
Milli Şuranın buraxılması haqqındakı birinci sənəddə göstərilirdi ki, həm daxili, həm də xarici siyasət sahəsində Azərbaycanda yaranmış ağır vəziyyəti nəzərə alaraq, Azərbaycan Milli Şurası bütün hakimiyyəti Fətəli xan Xoyskinin sədrliyi ilə təşkil olunmuş Müvəqqəti Hökumətə həvalə edir və ona tapşırır ki, öz hakimiyyətini tezliklə çağırılacaq Müəssislər Məclisindən başqa kimsəyə güzəştə getməsin.
Müvəqqəti Hökumətin hüquq və vəzifələri haqqındakı ikinci sənəddə qeyd olunurdu ki, Azərbaycan Hökumətinə Azərbaycanın dövlət istiqlaliyyətini və mövcud siyasi azadlıqları ləğv etmək, aqrar və digər bu kimi mühüm inqilabi əhəmiyyətli qanunları dəyişdirmək səlahiyyəti verilmir. Azərbaycan Hökuməti altı aydan gec olmayaraq Müəssislər Məclisini çağırmalıdır. Hökumət qalan məsələlərdə bütün səlahiyyətlərindən istifadə etməkdə sərbəst idi.
Tərkibi Azərbaycan Milli Şurası iyunun 17-də Fətəli xan Xoyskinin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumət kabinəsinin tərkibini təsdiq etdi. 19 iyun 1918-ci il tarixində hökumət üzvləri arasında müvəqqəti portfel paylanması baş tutdu. Bu postlar nazirlərin ilk iclasınadək müvəqqəti hesab olunurdu. Bundan əlavə Xudadat bəy Məlik-Aslanov müvəqqəti olaraq poçt və teleqraf naziri, Ağa Aşurov ərzaq naziri, Məmmədhəsən Hacınski isə dövlət nəzarətçisi vəzifəsinə təyin olunmuşdur.
1918-ci il sentyabrın 15-də Azərbaycan və türk hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Bakını azad etdi. Sentyabrın 17-də isə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakıya köçdü. Bakı müstəqil Azərbaycanın paytaxtı elan olundu.
Bununla da bütün Şimali Azərbaycan ərazisi Fətəli xan Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin hakimiyyəti altına keçdi. VəzifəsiŞəkliBaşlama tarixiBitmə tarixiFraksiya (Partiya)<center>Nazirlər Şurasının sədri<center>90pxFətəli xan Xoyski<center>17 iyun 1918<center>7 dekabr 1918Bitərəflər fraksiyası<center>Ədliyyə naziri<center>90pxFətəli xan Xoyski<center>17 iyun 1918<center>6 oktyabr 1918Bitərəflər fraksiyasıDaxili işlər naziri90pxBehbud xan Cavanşir17 iyun 1918<center>6 oktyabr 1918<center>Bitərəflər fraksiyasıDövlət nəzarəti naziri90pxMəmmədhəsən Hacınski<center>17 iyun 1918<center><center>6 oktyabr 1918<center>Müsavat və bitərəflər fraksiyasıMüsavat PartiyasıƏkinçilik naziri<center>90pxXosrov bəy Sultanov<center><center>17 iyun 1918<center><center>6 oktyabr 1918<center>Müsavat və bitərəflər fraksiyasıBitərəf<center>Ərzaq naziri<center><center>90pxAğa Aşurov<center><center>17 iyun 1918<center><center>6 oktyabr 1918<center><center>Bitərəflər fraksiyası<center><center>Xalq maarifi və dini etiqad naziri<center><center>90pxNəsib bəy Yusifbəyli<center><center>17 iyun 1918<center><center>6 oktyabr 1918<center>Müsavat və bitərəflər fraksiyasıMüsavat PartiyasıXarici işlər naziri90pxMəmmədhəsən Hacınski<center>17 iyun 1918<center><center>6 oktyabr 1918<center>Müsavat və bitərəflər fraksiyasıMüsavat Partiyası<center>Maliyyə naziri<center><center>90pxƏbdüləli bəy Əmircanov<center><center>17 iyun 1918<center><center>6 oktyabr 1918<center><center>Bitərəflər fraksiyası<center><center>Poçt və teleqraf naziri<center><center>90pxXudadat bəy Məlik-Aslanov<center><center>17 iyun 1918<center><center>6 oktyabr 1918<center>Fraksiyasız<center>Yollar naziri<center><center>90pxXudadat bəy Məlik-Aslanov<center><center>17 iyun 1918<center><center>6 oktyabr 1918<center><center>Fraksiyasız<center>Səhiyyə və sosial təminat naziri<center>90pxXudadat bəy Rəfibəyli<center><center>17 iyun 1918<center><center>6 oktyabr 1918<center>Bitərəf<center>Ticarət və sənaye naziri<center><center>90pxAğa Aşurov<center><center>17 iyun 1918<center><center>6 oktyabr 1918<center><center>Bitərəflər fraksiyası<center><center>Portfelsiz nazir<center><center>90pxƏlimərdan bəy Topçubaşov<center><center>17 iyun 1918<center><center>6 oktyabr 1918<center>Fraksiyasız<center> |- |<center>Portfelsiz nazir<center> |<center>90pxMusa bəy Rəfiyev<center> |<center>17 iyun 1918<center> |<center>6 oktyabr 1918<center> | bgcolor="#007CC2"| |<center>Müsavat və bitərəflər fraksiyasıMüsavat PartiyasıPortfelsiz nazir<center> |<center>90pxXəlil bəy Xasməmmədov<center> |<center>17 iyun 1918<center> |<center>6 oktyabr 1918<center> | bgcolor="#007CC2"| |<center>Müsavat və bitərəflər fraksiyasıMüsavat Partiyası
Dəyişiklik Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakıya köçdükdən sonra, 1918 il oktyabrın 6-da Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci Hökumətdə dəyişikliklər edildi və vəzifələr yenidən bölüşdürüldü.
Azərbaycan hökumətinin 1 noyabr 1918-ci il tarixli digər bir qərarı ilə Azərbaycan hökuməti yanında Hərbi nazirlik təsis edilmiş, Nazirlər Şurasının sədri hərbi nazir təyin edilmiş, Səməd bəy Mehmandarov isə hərbi nazirin müavini təyin edilmişdi. VəzifəsiŞəkliBaşlama tarixiBitmə tarixiFraksiya (Partiya)<center>Nazirlər Şurasının sədri<center>90pxFətəli xan Xoyski<center>6 oktyabr 1918<center>7 dekabr 1918Bitərəflər fraksiyası<center>Hərbi nazir<center>90pxFətəli xan Xoyski<center>1 noyabr 1918<center>7 dekabr 1918Bitərəflər fraksiyasıHərbi işlər üzrə müvəkkil<center>90pxİsmayıl xan Ziyadxanov<center>6 oktyabr 19187 dekabr 1918BitərəfDaxili işlər naziri90pxBehbud xan Cavanşir6 oktyabr 1918<center>7 dekabr 1918<center>Bitərəflər fraksiyasıDini etiqad naziri<center>90pxMusa bəy Rəfiyev|6 oktyabr 1918 |7 dekabr 1918 | bgcolor="#007CC2"| |<center>Müsavat və bitərəflər fraksiyasıMüsavat Partiyası<center>Ədliyyə naziri<center><center>90pxXəlil bəy Xasməmmədov|6 oktyabr 1918 |7 dekabr 1918 | bgcolor="#007CC2" | |<center>Müsavat və bitərəflər fraksiyasıMüsavat PartiyasıƏkinçilik və dövlət əmlakı naziri<center>90pxXosrov bəy Sultanov|6 oktyabr 1918 |7 dekabr 1918 | bgcolor="#007CC2"| |<center>Müsavat və bitərəflər fraksiyasıBitərəfƏrzaq naziri<center>90pxNəsib bəy Yusifbəyli|6 oktyabr 1918 |7 dekabr 1918 | bgcolor="#007CC2"| |<center>Müsavat və bitərəflər fraksiyasıMüsavat PartiyasıXalq maarifi naziri<center>90pxNəsib bəy Yusifbəyli|6 oktyabr 1918 |7 dekabr 1918 | bgcolor="#007CC2"| |<center>Müsavat və bitərəflər fraksiyasıMüsavat PartiyasıHimayədarlıq naziri<center>90pxMusa bəy Rəfiyev|6 oktyabr 1918 |7 dekabr 1918 | bgcolor="#007CC2"| |<center>Müsavat və bitərəflər fraksiyasıMüsavat PartiyasıXalq səhiyyəsi naziri<center>90pxXudadat bəy Rəfibəyli|6 oktyabr 1918 |7 dekabr 1918 | bgcolor="#DCDCDC"| |<center>Bitərəf</small>''Xarici işlər naziri<center>90pxƏlimərdan bəy Topçubaşov<center>6 oktyabr 19187 dekabr 1918Fraksiyasız<center>Maliyyə naziri|90pxMəmmədhəsən Hacınski |6 oktyabr 1918 |7 dekabr 1918 | bgcolor="#007CC2" | |<center>Müsavat və bitərəflər fraksiyasıMüsavat Partiyası<center>Poçt və teleqraf naziri<center><center>90pxAğa Aşurov<center>6 oktyabr 19187 dekabr 1918Bitərəflər fraksiyası<center>Ticarət və sənaye naziri<center>90pxBehbud xan Cavanşir6 oktyabr 19187 dekabr 1918Bitərəflər fraksiyası<center>Yollar naziri<center><center>90pxXudadat bəy Məlik-Aslanov<center><center>6 oktyabr 1918<center><center>7 dekabr 1918<center><center>Fraksiyasız<center>Dövlət müfəttişi<center>90pxƏbdüləli bəy Əmircanov<center>6 oktyabr 19187 dekabr 1918Bitərəflər fraksiyası
Fəaliyyəti Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci Hökumət Gəncədə çox çətin və mürəkkəb bir şəraitdə fəaliyyətə başladı. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclasında Fətəli xan Xoyski demişdi:
Yaranmış çətin və mürəkkəb şəraitdə Fətəli xan Xoyski Hökumət aparatının təşkili işini davam etdirdi. Nazirlər Şurası və ayrı-ayrı nazirliklərin idarə aparatı yaradıldı. İyunun 27-də Fətəlixan Xoyski Hökuməti tərəfindən Azərbaycan dili dövlət dili elan olundu. Avqustun 28-də tədris müəssisələrinin milliləşdirilməsi haqqında qərar qəbul edildi. Fətəli xan Xoyski Hökumətinin Gəncədə 1918 il iyunun 19-da qəbul etdiyi ilk qərar bütün Azərbaycanda hərbi vəziyyətin elan edilməsi oldu. Avqustun 11 -də ümumi səfərbərlik elan edildi. 1894–1899 illərdə anadan olmuş kişi cinsindən bütün müsəlman vətəndaşlar orduya çağırıldı.
Xoyski Hökumətinin Gəncə dövründə qəbul etdiyi ən mühüm qərarlardan biri də 1918 il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması idi. Bu qərara əsasən Birinci Dünya müharibəsi (1914–18) illərində Cənubi Qafqaz ərazisində yerli müsəlman əhalisinə qarşı törədilmiş vəhşiliklər və onların əmlaklarına qəsd ilə bağlı məsələlər araşdırılmalı, bu işdə günahkar olan şəxslər aşkar olunub, cinayət məsuliyyətinə cəlb edilməli idilər.Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001; Aдpec-календары Aзepбaйджанской Pecnyблики нa 1920 год, Б., 1920
Bakıya köçdükdən sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti istər ictimai-siyasi, istərsə də təsərrüfat və mədəni quruculuq sahəsində daha mühüm tədbirlər həyata keçirməyə başladı. Müəssislər Məclisinin çağırılması işinin təşkili üçün Nazirlər Şurasının sədri, daxili işlər və xalq maarifi nazirlərindən ibarət komissiya yaradıldı. 1918-ci il noyabrın 9-da Azərbaycan Hökuməti Fətəli xan Xoyskinin təqdimatı ilə ölkənin üçrəngli bayrağını təsdiq etdi.Aзepбaйджанская Демократическая Pecnyблика (1918–1920). Законодательные акты (сборник документов), Б., 1998.
Hökumət kabinetinin buraxılması