Gülüstan qalası – Azərbaycanın Goranboy rayonu ərazisində qədim qala.
Qala Goranboy rayonu ərazisindədir. Tam şəkildə dövrümüzə çatmasa da müəyyən bürcləri qorunmuşdur. Qalanın tikilmə tarixi tədqiqatçılar tərəfindən Qafqaz Albaniyası dövrünə aid edilir. Yerli daşlardan tikilən qala möhkəm müdafiə qurğusu olub. XVIII-XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin mərkəzi olub.Azərbaycanın Tarixi-Siyasi Coğrafiyası səh. 44, Vaqif Piriyev Tarixi Gülüstan müqaviləsi də bu qalada imzalanıb.
Ümumi məlumat Gülüstan qalası Murovdağın ətəyində, keçmiş Şaumyan və Mardakert (Ağdərə), indiki Tərtər və Goranboy rayonlarının sərhədində, İncəçayın sahilində, dəniz səviyyəsindən 1700 m, ətraf ərazidən 200–250 m hündürlükdə yerləşir. Gədəbəydəki Qız qalası ilə eyni dövrdə inşa olunmuşdur. Qala şərq, qərb və cənub-qərb tərəflərdən sıldırımla, şimaldan meşə, cənub-şərqdən isə yamacla əhatə olunmuşdur. Qalaya yol cənub-şərq tərəfdəndir. Qala şərq-qərb istiqamətində 200–250 m, şimal-cənub istiqamətində 20–25 m uzanır. Qala divarının eni şimal və qərb tərəflərdə 0,8-0,9 m olduğu halda, cənub divarda 1,5 m-ə çatır. Qalanın içərisində bina qalıqları, ovdan vardır. Orada habelə çaya aparan gizli yol qeydə alınmışdır A.Məmmədov, Ş.Əyyubova, 2003.
İstinadlar
Xarici keçidlər
Tarixin yaşıdı qalalar: izimiz qalacaqmı? Ermənilər yenə saxtakarlıq etdi - Budəfəki hədəf Gülüstan qalasıdır
Kateqoriya:Goranboy rayonunun qalaları Kateqoriya:Azərbaycan tarixi Kateqoriya:Ermənistan tarixi