Ser Vilyam Montqomery Tomson (; ) — Britaniya imperiyasının ali zabiti, general-leytenant. Bakının general-qubernatoru olmuşdur.Thomson, Lieut-Gen. Sir William
Tərcümeyi-halı
Ailəsi General Tomson 1877-ci il 2 dekabrda 78-ci Haylanderli Kapitan Vilyam Tomsonunun dördüncü oğlu kimi dünyaya gəlmişdir. Anasının adı Alisa Broughtondur. Onun böyük qardaşının adı Henri Broughton Tomsondur, digər qardaşı Tomas Veldon Tomson isə zadəgan nəslindən Qvineth Bebb ilə evlənmişdir.
Təhsili Bedford Məktəbində təhsil almışdır.
Hərbi kariyerası 1897-ci ildə Tomson Siiforth Haylanders hərbi birləşməsinə qoşulmuşdur. O, 1898-ci ildə Sudanda xidmət etmişdir. Birinci Dünya müharibəsi illərdə — 1915–1916-cı illərdə Birinci Siiforth Haylanders birləşməsinin Fransa və İraqdakı hərbi əməliyyatları zamanı bu birləşmənin komandanı olmuşdur. 1918-ci ilin sentyabrından 1919-cu ilin may ayına qədər Britaniya ordusunun Şimali İran Qüvvələrinin komandanı olmuşdur. Bu müddət ərzində həmçinin Cənubi Qafqazdakı ingilis qoşunlarının da komandanı olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti ilə münasibətləri 1918-ci ilin 16 noyabrında, Bəndər-Ənzəlidə General Tomson Azərbaycan Xalq Cümhuriyyətini idarə edən Müsavat partiyasının nümayəndələri olan Nəsib bəy Yusifbəyli, Musa bəy Rəfiyev və Əhməd bəy Ağaoğlu ilə görüşdü. Görüş zamanı o Azərbaycan Xalq Cümhuriyyətinə qarşı bu tələbləri irəli sürdü:Cəmil Həsənli, Azərbaycan Xalq Cümhuriyyəti Beynəlxalq Münasibətlər sistemində (1918–1920). Bakı.
Təcili şəkildə Osmanlı qoşunları Bakıdan və ümumiyyətlə AXC ərazisindən çıxarılmalıdır. Böyük Britaniya qoşunları Bakıya daxil olmalıdır. Erməni qoşunlarının Bakıya daxil olmasına icazə verilməməlidir. Transqafqaz dəmir yolu xəttinin şərq hissəsinin təhlükəsizliyi AXC rəhbərliyi tərəfindən təmin edilməlidir.
General Tomson həmçinin öhdəlik götürürdü ki, o, AXC-nin daxili işlərinə qarışmayacaq. o, bu barədə belə demişdir:Audrey L. Altstadt. The Azerbaijani Turks: power and identity under Russian rule . Series: Hoover Institution Press Publication 410. Stanford, CA: Hoover Institution Press, Stanford University, 1992, 331 p. ISBN 0817991824
General Tomson Bakıda Ertəsi günü General Tomson 2 minlik Britaniya-Hind qoşunu ilə Bakıya daxil oldu. onu həmçinin rus qoşun hissəsi komandanı Nikolay Baratov da müşayiət edirdi. Bu hadisə Bakıda yaşayan ruslar tərəfindən böyük sevinclə qarşılandı. General Tomsonun Bakıdakı ilk əmrlərindən biri Azərbaycan Xalq Cümhuriyyəti bayrağının aşağı endirilməsi əmri oldu. O, Bakıdakı nitqində belə demişdir:Tadeusz Swietochowski (1985), Russian Azerbaijan, 1905–1920
the shaping of national identity in a Muslim community
Lakin General Tomson getdikcə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı münasibəti dəyişdi və Azərbaycana olan rəğbəti artdı. İngilis Qoşun Komandanlığına və Antanta Ali Şurasına verdiyi hesabatlarda AXC-nin müstəqil yaşaya bilmə qabiliyyətinin yüksək olduğunu bildirmişdir.
1919-cu ilin may ayında ingilis qoşunları Cənubi Qafqazı tərk etmişdir.
Ölümü 1934-cü ildə ordudan ayrılan Vilyam Tomson, 1947-ci ilə qədər Albaniyanın hersoqu olmuşdur.Seaforth Highlanders (Ross-shire Buffs, The Duke of Albany's) 23 iyul 1963-cü ildə vəfat etmişdir.
Həmçinin bax Azərbaycan Xalq Cümhuriyyəti Lionel Dernstervil
İstinadlar
Kateqoriya:İngilis hərbçilər Kateqoriya:Birləşmiş Krallıq hərbçiləri