İmadəddin Nəsiminin heykəli — XIVXV əsrlərdə yaşamış Azərbaycan şairi İmadəddin Nəsimiyə 1980-ci ildə Bakı şəhərində qoyulmuş heykəl.
Heykəl, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında 1973-cü ildə İmadəddin Nəsiminin 600 illiyi Azərbaycanda dövlət səviyyəsində qeyd olunur. Nəsimi haqqında elmi əsərlər, monoqrafiyalar yazılır. Həsən Seyidbəyli "Nəsimi" filmini çəkir, Fikrət Əmirov "Nəsimi dastanı" baletini başa çatdırır, İsa Muğanna "Məhşər" romanını, Qabil "Nəsimi" poemasını yazır. Tokay Məmmədova isə Nəsiminin heykəlini yaratmaq sifariş verilir. Əsərin qısa müddətdə hazırlanması tələb olunduğu üçün Tokay Məmmədov bu işi həmkarı İbrahim Zeynalovla birgə görür. Əvvəlcə heykəlin 69 santimetrlik modeli və 2 metrlik maketi düzəldilir. Daha sonra isə bu maketin əsasında Nəsimin hündürlüyü 6,5 metr olan heykəli hazırlanıb və şəhərin mərkəzi bağlarının birində qoyulub.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra heykəl, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
İstinadlar
Həmçinin bax İmadəddin Nəsiminin abidəsi (Sumqayıt) İmadəddin Nəsiminin heykəli (Kiyev)
Kateqoriya:İmadəddin Nəsiminin şərəfinə adlandırılmış yerlər Kateqoriya:Bakıdakı heykəllər Kateqoriya:Kişi heykəlləri Kateqoriya:1980-ci ilin heykəlləri