Denni–Marfan sindromu — Anadangəlmə sifilis xəstəliyi olan uşaqlarda aşağı ətraf üzvlərində spastik paraplegiya və əqli gerililik ilə müşahidə olunan nevroloji sindrom. Hər iki cinsin nümayəndələrində müşahidə olunur. Xəstəliyin başlanğıcı kəskin şəkildə özünü büruzə verir. Zəiflikdən kvadriplegiyaya qədər isə xəstəlik yavaş irəliləyir. Epilepsiya, katarakta və nistaqm da müşahidə oluna bilər.
Sindrom 1929-cu ildə Şarl Kleyton DenniDennie CC. Partial paralysis of the lower extremities in children, accompanied by backward mental development. Am J Syphilis 1929; 13: 157–163, 1936-cı ildə isə Antuan Marfan tərəfindən təsvir edilmişdir.Marfan AB. Paraplégie spasmodique avec troubles cérébraux d’origine hérédo-syphilitique chez les grands enfants. Revue Franc Pédiat 1936; 12: 1–16
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Nevroloji xəstəliklər Kateqoriya:Sindromlar Kateqoriya:Nevroloji sindromlar