Amerika Birləşmiş Ştatları Kosmik Qüvvələri () — Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin kosmik qüvvələrindən və altı qolundan biridir. 20 dekabr 2019-cu ildə ABŞ Hərbi Hava Qüvvələri Kosmik Komandanlığının yerində yaradılmışdır və 1947-ci ildə müstəqil ABŞ Hərbi Hava Qüvvələrinin qurulmasından bəri ilk yeni silahlı xidmət şöbəsi olmuşdur. Mərkəzi Pentaqonda yerləşir.

Kosmik Qüvvələrin əsas vəzifələri ABŞ-nin kosmosdakı maraqlarını qorumaq, kosmosdan mümkün ola biləcək təcavüzlərin qarşısını almaq və kosmik əməliyyatların idarə edilməsidir.

Kosmik Qüvvələr ABŞ Müdafiə Nazirliyinin üç hərbi idarəsindən biri olan Hərbi Hava Qüvvələri İdarəsinin tərkibində hərbi xidmət şöbəsi kimi təşkil olunmuşdur və Hərbi Hava Qüvvələrinin Katibinə hesabat verən Kosmik Əməliyyatlar İdarəsinin Rəisi tərəfindən idarə olunur.

İstinadlar Kateqoriya:2019-cu ildə ABŞ-də yarananlar