Mir Vaqif Mahmud oğlu Bağırzadə (Bağır-zadə) () — Azərbaycanın tanınmış mədəniyyət işçisi, Bakı Dövlət Sirkinin direktoru (2003–2020).
Həyatı Vaqif Mahmud oğlu Bağırzadə 1954-cü il iyunun 24-də Bakı şəhərində anadan olub. 1976-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) bitirib. Müxtəlif illərdə "Azərbaycanfilm" kinostudiyasında, A.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda, Moskva Dövlət Eksperimental Kinostudiyasında, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzində və nazirliyin İncəsənət şöbəsində çalışıb.
Vaqif Bağırzadə 2003–2020-ci illərdə Bakı Dövlət Sirkinin direktoru vəzifəsində işləyib. Sirkə rəhbərlik etdiyi illər ərzində bir çox irimiqyaslı, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində, tanınmış xarici sirk ustalarının qastrol səfərlərinin təşkilində yüksək peşəkarlıq və təşkilatçılıq qabiliyyəti göstərib.
Vaqif Bağırzadə mədəniyyət sahəsində uzunillik səmərəli fəaliyyətinə görə 2014-cü ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.
Vaqif Bağırzadə 2021-ci il martın 7-də vəfat edib
İstinadlar
Xarici keçidlər Əməkdar mədəniyyət işçisi Vaqif Bağırzadə vəfat edib Direktor: "Bakı Dövlət Sirkinin yeni binasının yeri artıq müəyyənləşib" — MÜSAHİBƏ
Kateqoriya:Bakı Dövlət Sirkinin direktorları