Üçbulaq dağı — Yuxarı Qarabağda, Xocavənd rayonu ərazisində qeydə alınan oroqrafik obyektlərindən biri.
Haqqında Yuxarı Qarabağda, Xocavənd rayonu ərazisində qeydə alınan oroqrafik obyektlərindən biri Üçbulaq dağı adlanır. Oronim üç, bulaq və dağ sözlərindən ibarətdir. Coğrafi adın tərkibindəki -ı saiti mənsubluq ifadə edir. Dağ coğrafi termini müsbət relyef formasını bildirir. Dağ ərazidəki mövcud olan üç gözlü bulağın (Üçbulaq) adı ilə belə adlanmışdır.Xocavənd ensiklopediyası /N. Tapdıqoğlu. Bakı: Zərdabi LTD, 2009, s.447
Həmçinin bax Xocavənd rayonu
İstinadlar Kateqoriya:Xocavənd rayonunun görməli yerləri Kateqoriya:Xocavənd rayonunun dağları