Alırzalar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Başlıbel kənd inzibati ərazi dairəsində kənd.

Tarixi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb.

Toponimikası Alırzalar kəndi Qaraxan çayının sahilində, Dəlidağın ətəyindədir. Deyilənə görə, kəndin əsasını Laçın r-nunun keçmiş Muncuqlu kəndinin sakini Hacı Alırza adlı şəxs qoymuşdur. Etnooykonimdir. 1988-ci ilədək Ermənistanın Ararat rayonunda eyniadlı kənd olmuşdur.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Yaylaqlar Usublu yaylağı yurdu, Təvərə qayanın boynu yurd.

Bulaqlar Duzlu bulaq.

Məşhur yerlər Duzlu bulağın düzü, Sənəm xanımın yurdu, Maloynayan barmaq, Qatarın guneyi, Qatarqaya.Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.

Binələr–Qışlaqlar Zəylik binəsi.

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil etmişdir.

Həmçinin bax Kəlbəcər rayonu Laçın rayonu

İstinadlar

Xarici keçidlər Kəlbəcər rayonunun toponimləri Kəlbəcər rayonu Qarabaq Azərbaycan Respublikası Kəlbəcər Rayon İcra Hakimiyyəti

Kateqoriya:Kəlbəcər rayonunun kəndləri