Ülküçü təlim düşərgələri — Alparslan Türkeş tərəfindən yaradılmış ideoloji və hərbiləşdirilmiş təlim düşərgələri. Düşərgələr "Bozqurdlar"ın üzvlərinə şəhər müharibəsi təlimi vermək üzrə ixtisaslaşmışdır. Düşərgələr 1968-ci ildə yaradılmışdır və 1978-ci ilə qədər tamamilə ləğv olunmuşdur. "Qladio" əməliyyatının bir hissəsi olaraq ABŞ düşərgələrə silah göndərmiş və onları maliyyələşdirmişdir. Düşərgələrdəki təlimçilər əvvəllər də ABŞ-də təhsil almış TSQ veteranları idi. İlk sessiya 14 iyul 1968-ci ildə İzmir və Gümüldərə şəhərlərində başlamışdır. 1969-cu ilə qədər düşərgələrdə 100,000-dən çox insan təlim keçmişdi. 1970-ci ilin sonunda düşərgələrin sayı 35-ə çatmışdır. Türkiyə daxilində İzmir, Yozgat, Çanqırı, Kayseri, Trabzon, Antalya, Ankara və İstanbul kimi şəhərlərdə ümumilikdə 100-dən çox düşərgə fəaliyyət göstərirdi. Əsgərlər "yaxşı nizam-intizamlı" kimi təsvir edilirdi və düşərgələri bitirdikdən sonra onlar Türkiyədəki siyasi münaqişədə vuruşmuş, solçulara, ələvilərə, kürdlərə və islamçılara qarşı atışmalarda, sui-qəsdlərdə və digər hücumlarda iştirak etmişdilər.
İstinadlar
Kateqoriya:Türkiyədə terrorizm Kateqoriya:Türkçülük Kateqoriya:Türk milliyətçiliyi Kateqoriya:Ülküçülük Kateqoriya:Hərbi təhsil Kateqoriya:Ülkü Ocaqları