Ömər Faruk Hülakü () — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.
Həyatı Ömər Faruk Hülakü 1981-ci ildə Bingöl ilində anadan olub. KKTC-də Yaxın Şərq Universiteti Hüquq Bölməsindən məzun olub.
Hüquqşünas olaraq çalışıb. 2012-2014-cü illərdə İnsan Hüquqları Dərnəyi Bingöl şöbəsinin idarəçilərindən olub. 2021-2023-cü illərdə Bingöl Vəkillər Kollegiyasının sədri vəzifəsində təmsil olunub.
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Bingöl ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Daxili İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Evlidir və 2 uşaq atasıdır.
İstinadlar
Kateqoriya:TBMM XXVIII çağırış deputatları