Pınar Selek (; ) — türk yazıçısı, sosioloq, feminist.Kerem Öktem (September 15, 2008), "Another Struggle: Sexual Identity Politics in Unsettled Turkey" . Middle East Research and Information Project. Retrieved January 26, 2013. O, Türkiyədə qadınlar, yoxsullar, kimsəsiz uşaqlar, cinsi azlıqlar və kürd icmaları da daxil olmaqla həssas icmaların hüquqları ilə bağlı işi ilə tanınır. O, türk, alman və fransız dillərində nəşr olunmuş bir neçə kitabın müəllifi və türk feminist jurnalı "Amargin"in qurucu redaktorlarından biridir.Amargi Istanbul – Pınar Selek . Retrieved January 25, 2013. Pınar Selek Fransada yaşayır, burada Strasburq, daha sonra Fransanın PAUSE proqramı çərçivəsində Nitsa universitetlərindən akademik dəvət alıb. Hazırda isə Kot d'Azur Universitetində sosiologiya üzrə dosent kimi daimi vəzifədə işləyir. 2017-ci ildə Fransa vətəndaşlığı alıb.

Selek 1998-ci ildə İstanbulda Misir bazarında törədilən partlayışla bağlı 15 il Türkiyədə məhkəmə istintaqına cəlb edilib.Kaya Genc (February 1, 2013), "Why was this Turkish sociologist given a life sentence?" . UNCUT . Retrieved February 2, 2013. O, dörd dəfə (2006, 2008, 2011, 2014-cü illərdə) mühakimə olunub və bütün ittihamlar üzrə bəraət qazanıb. Onun son bəraəti 21 iyun 2022-ci ildə Türkiyə Ali Məhkəməsi tərəfindən ləğv edilib. Bəraət hökmü ləğv olunaraq, ona ömürlük həbs cəzası verilib. Yenidən məhkəmə baxışı 31 mart 2023-cü il tarixinə planlaşdırılıb, daha sonra 29 sentyabr 2023-cü il tarixinə təyin olunub. Həyatı Pınar Selek 1971-ci ildə İstanbulda anadan olub. Selek ilk təhsilini İstanbulda "Notre-Dame de Sion" Liseyində alıb. Ali təhsilini isə Memar Sinan İncəsənət Universitetinin Sosiologiya fakültəsində tamamlamışdır. Burada o, bakalavr və magistr dərəcəsinə yiyələnib. O, Fransanın "Sophiantipolis UDEL" Universitetində iqtisadiyyat və siyasət kurslarını bitirib. Selek, 4 oktyabr 2013-cü il tarixində Fransanın ən nüfuzlu təhsil müəssisələrindən biri olan Lionda Paris Ali Normal Məktəbi tərəfindən Jamaa Baida və Boualem Sansal ilə birlikdə Fəxri Doktor adına layiq görülüb. 7 mart 2014-cü ildə Strasburq Universitetində “Türkiyədə müxalifət hərəkatlarının qarşılıqlı əlaqəsi” adlı dissertasiya işi ilə siyasi elmlər doktoru adını alıb. O, siyasətçi və hüquqşünas Camal Hakkı Selekin nəvəsi və vəkil Alp Selekin qızıdır.

Məhkəməsi, həbs və azadlığa buraxılma, 1998-2000 Pınar Selek 1998-ci il iyulun 11-də İstanbulda Misir bazarında iki gün əvvəl baş vermiş, 7 nəfərin ölümü və 100-ə yaxın insanın yaralanması ilə nəticələnən partlayışla bağlı həbs edilib.Baran Mavzer (January 27, 2013), "Pınar Selek Issued a Life Sentence after 15 Year Trial" . Global Voices . Retrieved January 27, 2013. Çoxları hesab edir ki, həbs onun elmi araşdırmalarının bir hissəsi kimi kürdlərlə əlaqəsi ilə bağlıdır. Onun işi müsadirə edildi və o, araşdırması zamanı müsahibə aldığı insanların adlarını çəkməkdən imtina etdi. Digər şübhəli Abdulmecit Öztürk Selekdən iki həftə sonra həbs olundu və polisə partlayışı birlikdə törətdiklərini etiraf etdi.International Federation for Human Rights (January 25, 2013), "TURKEY: Outrage following the conviction of Pinar Selek to life imprisonment" . Paris-Geneva. Retrieved January 25, 2013. Baxmayaraq ki, o, daha sonra ifadəsindən imtina etdi. O, polis nəzarətində olarkən işgəncələrə məruz qaldığını iddia edirdi. Daha sonra Öztürk bütün ittihamlardan azad olundu. Onun Selekə qarşı ifadəsi isə əsassız elan edildi.Human Rights Watch (February 8, 2011), "Turkey: Activist’s Trial a Travesty of Justice: Drop All Charges Against Pınar Selek" . Istanbul. Retrieved February 3, 2013..

İşgəncələrə və pis rəftara məruz qaldığı iki il yarım həbsxanada yatdıqdan sonra, Selek 22 dekabr 2000-ci ildə İstanbul Analitik Kimya Departamentinin müəllimləri də daxil olmaqla bir qrup ekspertin hesabatından dən sonra sərbəst buraxıldı."Sociologist Pinar Selek sentenced lifetime prison for bombing claims" . National Turk . Retrieved January 25, 2013. İstanbul Universiteti və Cərrahpaşa Universitetinin Ədli Tibb Fakültəsi, partlayışın qaz balonunun təsadüfən yanması nəticəsində baş verdiyini bildirən hesabatları yayımlamışdı. PEN International (December 12, 2012), "News: TURKEY – PEN International Concerned About Pinar Selek Trial" . Retrieved January 25, 2013."Turkish sociologist sentenced to life for 'terrorism'". Istanbul. FOCUS Information Agency . Retrieved January 25, 2013. tərəfindən təyin edilmiş 3 ekspert şahid də partlayışın qaz sızması nəticəsində baş verdiyini bildirdi. Bəraət hökmləri, təkrar məhkəmə araşdırmaları və hökm, 2006–2023 250px|thumb|right|Pınar Selek və Günter Uolraf 25 yanvar 2013-cü ildə hökm oxunduqdan sonra Strasburqda keçirilən mətbuat konfransında. İstanbul 12 saylı Ağır Cəza Məhkəməsi Selekə dörd dəfə (2006, 2008, 2011, 2014-cü illərdə) cinayət törətmədiyinə görə bəraət verib. Bəraətlərin səbəbini onun bomba hücumu ilə əlaqələndirən hər hansı bir dəlilin olmaması idi.World Organisation Against Torture , "Turkey: Continued judicial harassment faced by Ms. Pinar Selek" . Retrieved January 25, 2013. Bununla belə, 22 noyabr 2012-ci ildə məhkəmə əvvəlki bəraət hökmlərini dəyişdirmək və vəkillərinin “Türkiyə hüquq tarixində görünməmiş” adlandırdıqları işi yenidən başlamaq qərarına gəlib.International Federation for Human Rights (November 27, 2012), "TURKEY: Judicial harassment of Pinar Selek continues as Istanbul Heavy Penal Court decides to amend her acquittal and request her conviction" . Retrieved January 25, 2013.

24 yanvar 2013-cü ildə işə bir saatdan çox baxdıqdan sonra məhkəmə Pınar Seleki 1998-ci ildə Misir bazarında törədilən partlayışa görə ömürlük həbsə məhkum etdi. Qərar iş üzrə baş hakimin xüsusi rəy bildirməsi ilə birə qarşı iki səs çoxluğu ilə qəbul edildi.Çiçek Tahaoğlu (January 24, 2013), "Pinar Selek Receives Life Sentence" . Bianet . Retrieved January 25, 2013. Selek qiyabi mühakimə olunsa da, Fransa, Almaniya, İtaliya və Avstriyadan olan 30-dan çox qeyri-hökumət təşkilatı və siyasi partiya nümayəndəsi dinləmələrdə iştirak etmişdi. Bundan əlavə məhkəmə prosesində 150-yə yaxın insan etiraz etmişdi. Məhkəməyə həmçinin prorektor da daxil olmaqla Strasburq Universitetindən dörd müşahidəçi iştirakçı qismində gəlmişdi.Erdem Güneş (January 24, 2013), "Pınar Selek back on trial again in absentia" . Istanbul. Retrieved January 25, 2013.

2014-cü il dekabrın 19-da Pınar Selekə dördüncü bəraət hökmündən sonra Türkiyə Ali Məhkəməsi 21 iyun 2022-ci ildə bəraət hökmünü ləğv etdi. Ali məhkəmə Pınar Selekə dərhal ömürlük həbs cəzası verdi. Yenidən məhkəmə prosesi 2023-cü il martın 31-nə təyin edilmişdi və prosesdə Fransa, İsveçrə, Belçika, Almaniya, İtaliya, Norveç və Türkiyədən yüz hüquqşünas, siyasətçi, alim və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirdi. Müdafiəçilərin Ali Məhkəmənin yeni dəlillər və mühakimə olmadan bəraət hökmünün ləğvi və yeni hökmün çıxarılması ilə bağlı qanunsuz prosesinə etiraz etdiyi dinləmədən sonra yeni məhkəmə baxışı 29 sentyabr 2023-cü il tarixinə təyin edildi. Akademik institutların və beynəlxalq təşkilatların dəstəyi 250px|thumb|left|Pınar Selek (ortada) 25 yanvar 2013-cü il tarixində Strasburqda mətbuat konfransında. Afişada "Araşdırma azadlığı. Pınara azadlıq!!!" yazılıb. Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH), Avropa Şurasının İnsan Hüquqları üzrə Müvəkkili və İşgəncələrə Qarşı Ümumdünya Təşkilatı Türkiyə hakimiyyətini Selekin 14 illik “təqibinə” son qoymağa çağırıb. Onların birgə bəyanatında "görünür ki, bu, addım sadəcə onu fikir və ifadə azadlığının qanuni şəkildə istifadəsinə görə cəzalandırmaq məqsədi daşıyır” fikri əksini tapıb. PEN İnternational məsələ ilə bağlı hiddət və narahatlığını ifadə edib. PEN bildirib ki, Selekə qarşı hüquqi kampaniya onu “uzun müddətdir Türkiyədəki azlıq qruplarına verdiyi dəstəyə və fəaliyyətinə” görə cəzalandırmaq məqsədi daşıyır. Yaxın Şərq Tədqiqatları Dərnəyi (MESA) Selekə dəstəyini və onun uzun müddət məhkəmə təqiblərinə məruz qalmasından narahatlığını ifadə edib.Peter Sluglett, Middle East Studies Association Committee on Academic Freedom (December 25, 2012), "Letter Concerning Prolonged Denial of Justice for Pinar Selek" . Retrieved January 25, 2013. MESA-nın Akademik Azadlıq Komitəsi Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda qeyd edib ki, “Onun işi ilə bağlı bütün hallar Selekin PKK ilə bağlı apardığı akademik araşdırmalara görə son on dörd il ərzində onun hüquqlarını pozaraq istintaq altında olduğunu göstərir".Middle East Studies Association (December 12, 2012). "Letters on Turkey" . Retrieved February 3, 2013. Human Rights Watch onun mühakimə olunmasını “cinayət mühakiməsi sisteminin təhrifi və prosesdən sui-istifadə” adlandırıb. Təşkilat “əsassız ittihamların birdəfəlik ləğv edilməsini” təkid edib.Human Rights Watch (February 8, 2011). "Turkey: Activist's Trial a Travesty of Justice" . Retrieved January 27, 2013. Türkiyəli jurnalist Cengiz Candar 2013-cü ilin yanvarında verilən qərarı “parodiya” və “utanc verici hökm” adlandırıb.

Seleklə həmrəylik ifadə edən digər təşkilatlara Amnesty International,Amnesty International (January 22, 2013). "Kafka in Turkish: The Pınar Selek Trial" . Retrieved July 28, 2013. Türkiyədə Akademik Azadlıq və Tədqiqat Azadlığı üzrə Transmilli İşçi Qrupu,GIT-North America (November 27, 2012). "On the Case of Pınar Selek" . Retrieved July 28, 2013. Fransız Sosioloji Dərnəyi, Fransa Siyasi Elmlər Assosiasiyası və Maraq ifadə edən alimlər komitəsi daxildir.Committee of Concerned Scientists (April 5, 2013). "CCS Joins Amnesty's Campaign on Turkey's Lack of Due Process and Free Expression for Academics" . Retrieved July 28, 2013.

Strasburq Universitetinin prezidenti Alen Berets universitetin Seleklə həmrəyliyini dəstəkləyərək onun ömürlük həbs cəzasını "ədalətsiz və iyrənc" adlandırıb.Alain Beretz (January 24, 2013), "Un jugement injuste et révoltant : Pinar Selek doit vivre en chercheuse libre!" . . University of Strasbourg . Retrieved January 25, 2013.Pinar Selek website , "Declaration by the President of the University of Strasbourg Raising support for PhD. student Pinar Selek" . Retrieved January 25, 2013. "Cote d'Azur" Universiteti Selekə və onun təmsil etdiyi dəyərlərə və akademik azadlıqlara "sarsılmaz dəstəyini" açıq şəkildə elan edib. Fransadan olan bir qrup alim onun cəzasını sosial elmlərin müstəqilliyinə qəsd adlandırıb.

Hər hökmdən sonra keçirilən mətbuat konfranslarında Selek ədalət uğrunda mübarizəni davam etdirəcəyinə söz verir.Pinar Selek website (in Turkish) (January 25, 2013), "Freedom to Research, Freedom to Pınar!" . Retrieved January 26, 2013.

Əsərləri 1996-cı ildə Selek “Ya Basta”nı türk dilinə tərcümə etdi. Bu, Zapatista liderinin Subkomandante Markosa məktublar toplusudur. 2001-ci ildə onun trans cəmiyyətinin həyatına həsr olunmuş "Maskeler Süvarilər Qacılar" adlı kitabı nəşr olundu. 2012-ci və 2022-ci illər arasında o, həmçinin fransız dilində beş kitab və roman, həmçinin iki uşaq kitabı çap etdirib. Kitabları Biz barışa bilmədik, İthaki Özyürek Yayınları, İstanbul, 2004 Axı İnsan Olmaq, İletişim Yayınları, İstanbul, 2008 Maskalar Süvari Qacılar, Ayızı Yayınları, İstanbul, 2011 Yolgeçen Inn, İletişim Nəşrləri, 2011

Uşaq kitabları Yaşıl Qız, Özyürek Yayınları, İstanbul, 2010 Su Damlası, Özyürek Yayınları, İstanbul, 2010

Tərcümə etdiyi əsərlər Ya Başta!-Yetər Yetər!, Belge Yayınları, İstanbul, 1996

İstinadlar

Xarici keçidlər

Pinar Selek website "I Can Feel a Huge Amount of Solidarity" Interview with Pinar Selek.

Kateqoriya:XXI əsr Türkiyə qadınları Kateqoriya:Türkiyə qadın akademikləri Kateqoriya:XX əsr Türkiyə yazıçıları Kateqoriya:Türk feministlər Kateqoriya:Türkiyə aktivistləri Kateqoriya:Türkiyə dissidentləri