Volkan Dəmirəl () — türk futbol məşqçisi, futbol şərhçisi və qapıçı kimi çıxış etmiş keçmiş futbolçu.
Karyerası "Fənərbaxça"dakı ilk rəsmi oyununa 26 aprel 2003-cü ildə "Samsunspor"a qarşı çıxıb.
Futbol üzrə Avropa çempionatı 2008-də A qrupunda mübarizə aparan Türkiyə yığmasının heyətində 3 oyunda meydana çıxıb. Türkiyənin Çexiya yığmasına qarşı keçirdiyi və 0–2 hesabı ilə məğlub durumda olsa da sonda 3–2 hesabı ilə qələbə qazandığı oyunun 92-ci dəqiqəsində Jan Kolleri dartıb yıxdığına görə qırmızı vərəqə ilə cəzalandırılıb. Oyunu tərk edən Volkanın yerinə hücumçu Tuncay Şanlı qapıçı dayanıb. Bundan sonra Türkiyənin çempionatda keçirdiyi növbəti iki oyununu buraxmalı olub.
Məşqçilik karyerası 30 oktyabr 2024-cü ildə Dəmirəl "Bodrum"un yeni baş məşqçisi təyin edilib. 3 fevral 2025-ci ildə "Bodrum" qarşılıqlı razılaşma əsasında onunla yollarını ayırıb.
Müvəffəqiyyətləri Super Liqa: 2003–04, 2004–05, 2006–07, 2010–11, 2013–14 Türkiyə Kuboku: 2011–12, 2012–13 Türkiyə Super Kuboku: 2007, 2009, 2014
İstinadlar
Xarici keçidlər Rəsmi vebsaytı fenerbahce.org'da Volkan Dəmirəl
Kateqoriya:Türkiyə futbolçuları Kateqoriya:İstanbulda doğulanlar Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:Türkiyə U-21 milli futbol komandasının oyunçular Kateqoriya:Fənərbaxça PFK futbolçuları Kateqoriya:UEFA Avro 2008 futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyə Super Liqası baş məşqçiləri Kateqoriya:Türkiyə futbol məşqçiləri Kateqoriya:Türkiyə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları Kateqoriya:Türkiyə U-20 milli futbol komandası futbolçuları