Karl Henrix Marks (; ) — Almaniya filosofu, siyasi iqtisadiyyat tənqidçisi, iqtisadçısı, tarixçisi, sosioloqu, siyasi nəzəriyyəçisi, jurnalisti və sosialist inqilabçısı. Almaniya ittifaqının Trir şəhərində anadan olan Marks, Bonn və Berlin universitetlərində hüquq və fəlsəfə üzrə təhsil alıb. 1843-cü ildə alman teatr tənqidçisi və siyasi fəal Cenni fon Vestfalen ilə evlənib. Siyasi nəşrlərinə görə vətəndaşlıqdan məhrum edilən Marks həyat yoldaşı və uşaqları ilə onilliklər boyu Londonda sürgündə yaşamış, burada alman mütəfəkkiri Fridrix Engelslə əməkdaşlıq edərək öz düşüncəsini inkişaf etdirməyə və Britaniya muzeyinin oxu zalında araşdırma apararaq yazılarını dərc etməyə davam etmişdir. Onun ən məşhur əsərləri 1848-ci il tarixli "Kommunist Manifesti" pamfleti və üç cildlik "Kapital" (1867–1883) kitabıdır. Marksın siyasi-fəlsəfi fikri sonrakı intellektual, iqtisadi və siyasi tarixə böyük təsir göstərmişdir. Belə ki, onun adı sifət, isim və sosial nəzəriyyə məktəbi kimi istifadə edilməkdədir.

Marksın cəmiyyət, iqtisadiyyat və siyasətlə bağlı tənqidi nəzəriyyələri ümumilikdə marksizm kimi başa düşülür ki, bu cərəyan da insan cəmiyyətinin sinfi qarşıdurma yolu ilə inkişaf etdiyini iddia edir. Kapitalist istehsal üsulunda bu, istehsal vasitələrinə nəzarət edən hakim siniflərlə (burjuaziya) əməkhaqqı qarşılığında öz işçi qüvvəsini satmaqla bu vasitələri təmin edən işçi sinif (proletariya) arasındakı qarşıdurmada özünü göstərirdi. Tarixi materializm kimi tanınan tənqidi yanaşmanı tətbiq edən Marks, kapitalizmin əvvəlki sosial-iqtisadi sistemlər kimi daxili gərginliklər yaratdığını və bunun öz-özünü məhv etməsinə və sosialist istehsal üsulu kimi tanınan yeni bir sistemlə əvəzlənməsinə gətirib çıxaracağını proqnozlaşdırırdı. Marksın fikrincə, kapitalizmdəki sinfi ziddiyyətlər – qismən onun qeyri-sabitliyi və böhrana meyilli təbiəti sayəsində – fəhlə sinfinin sinfi şüurunun inkişafına, onların siyasi hakimiyyəti ələ keçirməsinə və nəhayət, azad istehsalçılar birliyindən ibarət sinifsiz kommunist cəmiyyətinin qurulmasına gətirib çıxaracaqdı.Karl Marx: Critique of the Gotha Program . Marks iddia edirdi ki, fəhlə sinfi kapitalizmi devirmək və sosial-iqtisadi azadlığa nail olmaq üçün mütəşəkkil proletar inqilabı hərəkatını həyata keçirməlidir; o, bu fikrin reallaşması üçün həm də fəal şəkildə təzyiq göstərirdi.

Bəşər tarixinin ən təsirli şəxsiyyətlərindən biri kimi təsvir olunan Marksın yaradıcılığı həm təqdir, həm də tənqid edilmişdir. Onun iqtisadiyyat sahəsindəki əsərləri əmək və əməyin kapitalla əlaqəsi haqqında bəzi müasir nəzəriyyələrin əsasını təşkil edir.Roberto Manqabeyra Unqer. Free Trade Reimagined: The World Division of Labor and the Method of Economics. Princeton: Princeton University Press, 2007.John Hicks, "Capital Controversies: Ancient and Modern." The American Economic Review 64.2 (May 1974) p. 307: "The greatest economists, Smith or Marx or Keynes, have changed the course of history …"Yozef Şumpeter Ten Great Economists: From Marx to Keynes. Volume 26 of Unwin University books. Edition 4, Taylor & Francis Group, 1952 Dünyada bir çox ziyalılar, həmkarlar ittifaqları, rəssamlar və siyasi partiyalar Marksın yaradıcılığından təsirlənmiş, bir çoxu onun ideyalarını dəyişdirmiş və ya uyğunlaşdırmışdır. Marks adətən müasir sosial elmlərin əsas memarlarından biri kimi qeyd olunur.

Həyatı

Uşaqlıq illəri və ilk təhsili: 1818–1836 200px|thumb|left|Trir şəhərində, indiki Brükenqasse 10 ünvanında yerləşən, Marksın doğulduğu ev. Ailə birinci mərtəbədə iki, ikinci mərtəbədə üç otaq tutmuşdu.. 1928-ci ildə Almaniya Sosial Demokrat Partiyası tərəfindən satın alınmış bu binada hazırda Marksın ev muzeyi fəaliyyət göstərir.Wheen 2001. pp. 12–13. Karl Henrix Marks 5 may 1818-ci ildə (1777–1838) və Henrietta Presburqun (1788–1863) ailəsində anadan olub. O, Prussiya krallığının Aşağı Reyn əyalətinin Trir şəhərində, Brükenqasse 664 küçəsində yerləşən mənzildə dünyaya göz açıb.; ; . Marksın ailəsi əslən dünyəvi yəhudilərdən olsalar da, onun doğumundan əvvəl rəsmi olaraq xristianlığı qəbul etmişdilər. Ana tərəfdən babası holland ravvin idi, ata tərəfi isə babası Meyer Halevi Marksdan başlayaraq 1723-cü ildən Trir şəhərinin ravvinləri kimi fəaliyyət göstərirdilər.; ; . Atası Herşel (bu, ona doğularkən verilən ad idi) nəsildə dünyəvi təhsil alan ilk şəxs idi. O, vəkil olduqdan sonra rifahı yaxşılaşdı və yuxarı orta təbəqə kimi gəlir əldə etməyə başladı. Herşelin vəkillikdən gələn qazancından əlavə, ailənin Mozeldə bir neçə üzüm bağı da vardı. Hələ oğlu dünyaya gəlməzdən əvvəl, Reyn vilayətində yəhudilərin emansipasiyası ləğv olunduqdan sonra Marksın atası iudaizm dinindən dönərək Prussiyanın yevangeliya kilsəsinə qoşuldu və idiş dilindəki Herşel adını almanca səslənən Henrixə dəyişdi.; .

Dünyəvi həyat tərzi keçirən Henrix maarifçilik dövrünün adamı idi: filosoflar İmmanuel Kant və Volterin konsepsiyaları ilə maraqlanırdı. Klassik liberal kimi, o dövrdə mütləq monarxiya olan Prussiyada konstitusiya və islahatlarla bağlı təşviqatda iştirak etmişdi.; ; . 1815-ci ildə Henrix Marks vəkil kimi işləməyə başladı və 1819-cu ildə ailəsini Porta Niqra yaxınlığındakı on otaqlı böyük bir evə köçürdü.; ; . Həyat yoldaşı Henrietta Presburq əslən holland yəhudilərindən, sonralar Philips Electronics şirkətinin əsasını qoyan varlı sahibkar ailədən idi. Belə ki, Henriettanın bacısı Sofi Presburq (1797–1854) Lion Filips (1794–1866) ilə ailə həyatı qurmuşdu; o, şirkətin qurucuları olan və nənəsi, isə böyük nənəsi idi. Hollandiyalı Lion Filips imkanlı tütün istehsalçısı və sənayeçisi idi; Karl və Cenni Marks sonralar Londonda sürgündə olarkən tez-tez ondan borc almağa gələcəkdilər.

Marksın uşaqlığı haqqında məlumatlar olduqca azdır.; . Ailədə doqquz uşaqdan üçüncüsü idi. 1819-cu ildə qardaşı Moritsin ölümündən sonra ailənin ən böyük oğlu olmuşdu.. Marks və onun sağ qalan bacı-qardaşları — Sofi, Herman, Henrietta, Luiza, Emiliya və Karolin 1824-cü ilin avqustunda, anaları isə 1825-ci ilin noyabrında lüteran kilsəsində vəftiz olunmuşdular. Marks 1830-cu ildə Trir Gimnaziyasına daxil olana qədər atası ona özü fərdi təhsil vermişdi. Gimnaziyanın direktoru Hüqo Vittenbax atasının dostu idi. Bir çox liberal humanistləri müəllim kimi işə götürən Vittenbax bu səbəbdən yerli mühafizəkar hökumətin qəzəbinə məruz qalmışdı. Sonradan 1832-ci ildə məktəbdə reyd keçirən polis siyasi liberalizmi müdafiə edən ədəbiyyatların tələbələr arasında paylandığını aşkar etmişdi. Bu cür materialın yayılmasını təhrikçi hərəkət hesab edən hakimiyyət məktəbdə islahatlara başlamış və Marksın oxuduğu illərdə müəllim heyətini dəyişdirmişdi.; ; .

Fəlsəfə və ədəbiyyat üzrə təhsil almaq istəyən 17 yaşlı Marks 1835-ci ilin oktyabrında Bonn Universitetinə üz tutsa da, atası təkidlə oğlunun daha praktik sahə olan hüquq oxumağını arzu edirdi.; ; . "Ağciyər zəifliyi" adlandırılan vəziyyətə görə. Marks 18 yaşına çatanda hərbi xidmətdən azad edildi. Bonn Universitetində olarkən siyasi radikallardan ibarət Şairlər Klubuna qoşulmuşdu; o radikallar ki, daim polis tərəfindən nəzarət edilirdilər.; . Marks həm də Trir Taverna Klubu () adlı içki cəmiyyətinin də üzvü idi; burada bir çox ideyalar müzakirə olunurdu. Hətta o, bir müddət kluba həmsədrlik də etmişdi.; Həmin illərdə Marks münaqişəyə də girirdi. Belə münaqişələr bəzən ciddi xarakter alırdı; belə ki, universitetin Borrusiya qrupunun üzvü ilə dueldə belə iştirak etmişdi.; . Birinci semestrdə qiymətləri yaxşı olsa da, tezliklə aşağı qiymət almağa başladı. Bu da atasını məcbur etdi ki, Marksı daha intizamlı və akademik olan Berlin Universitetinə göndərsin.; ; .

Hegelçilik və jurnalistika: 1836–1843 200px|thumb|right|Karl Marksın həyat yoldaşı Cenni Marks 1836-cı ilin yay-payız aylarını Trirdə keçirən Marks təhsilinə və şəxsi həyatına daha ciddi yanaşmağa başladı. O, kiçik zadəganların təhsilli üzvü Cenni fon Vestfalenlə nişanlandı. Cenni Marksı uşaqlığından tanıyırdı. O, Marksla olmaq üçün gənc aristokrat nişanlısından ayrılmışdı. Həm bu səbəbdən, həm də dini və sinfi mənsubiyyətlərindəki fərqlərə görə Cenni ilə Marksın münasibəti ətrafdakıların qınağına məruz qalmışdı, lakin Marks Cenninin atası, liberal aristokrat Lüdviq fon Vestfalenlə dostluq etmiş və sonralar doktorluq dissertasiyasını ona həsr etmişdi.; ; ; . Nişanlandıqdan yeddi il sonra, 19 iyun 1843-cü ildə gənclər Kroytsnax şəhərində protestant kilsəsində evlənmişdilər.; ; .

1836-cı ilin oktyabrında Marks Berlinə gəlir, universitetin hüquq fakültəsinə daxil olur və Mittelştrassedə bir otaq kirayəyə götürür.; . O, birinci semestrdə Eduard Qansın (Qans mütərəqqi Hegelçi mövqeyi təmsil edirdi; libertar aspektləri və sosial məsələnin əhəmiyyətini xüsusilə vurğulayaraq tarixdə rasional inkişafı işləyib hazırlamışdı) və Karl fon Savinyinin (tarixi hüquq məktəbini təmsil edirdi) mühazirələrində iştirak edir. Hüquq təhsili almasına baxmayaraq, o, fəlsəfəyə valeh olmuşdu və "fəlsəfə olmadan heç nəyə nail ola bilməyəcəyinə" inanaraq bu ikisini birləşdirməyin yollarını axtarırdı.; . Marks o zamanlar Avropa fəlsəfi dairələrində geniş müzakirə edilən, yenicə vəfat etmiş alman filosofu Georq Vilhelm Fridrix Hegel ilə maraqlanmağa başladı.; ; . Stralauda müalicə alarkən Hegelin ideyalarını müzakirə edən Həkim Klubu () adlı tələbə qrupuna qoşuldu və onların vasitəsilə 1837-ci ildə Gənc Hegelçilər kimi tanınan bir qrup radikal mütəfəkkirlə əlaqə saxladı. Hegelçilər Adolf Rutenberqlə yaxın dostluq əlaqələri quran Marksla Lüdviq Feyerbax və Bruno Bauerin ətrafında bir araya gəldilər. Marks kimi Gənc Hegelçilər də Hegelin metafizik fərziyyələrinə tənqidi yanaşırdılar, lakin mövcud cəmiyyəti, siyasəti və dini solçu mövqedən tənqid etmək məqsədilə onun dialektik metodunu qəbul etmişdilər.; ; . Marksın atası 1838-ci ilin mayında vəfat etdi: nəticədə ailənin gəliri xeyli azaldı.; . Marks atasına emosional olaraq çox yaxın idi və ölümündən sonra da onun xatirəsini əziz tutmuşdu..

1837-ci ilə qədər Marks həm bədii, həm də digər janrlarda yazırdı; "Əqrəb və Feliks" () qısa romanını və "Oulanem" dramını tamamlamışdı, eləcə də Cenni fon Vestfalenə həsr olunmuş bir sıra sevgi şeirləri də yazmışdı. Bu ilk əsərlərin heç biri onun sağlığında nəşr olunmamışdır.; Sevgi şeirləri ölümündən sonra "Karl Marks və Fridrix Engelsin seçilmiş əsərləri"nin 1-ci cildində dərc olunub.New York: International Publishers,1975, pp. 531–632 Tezliklə Marks ingilis və italyan dillərini öyrənmək, sənətşünaslıqla məşğul olmaq, eləcə də latın klassiklərini tərcümə etmək və digər məşğuliyyətlər üçün bədii ədəbiyyatdan uzaqlaşdı.; . O, 1840-cı ildə Bruno Bauerlə birlikdə Hegelin "Din fəlsəfəsi" əsərini redaktə etməyə başladı. Marks həm də 1841-ci ildə tamamladığı "Demokritçi və Epikürçü təbii fəlsəfə arasında fərq" adlı doktorluq dissertasiyasını yazmaqla məşğul idi.Marx's thesis was posthumously published in the Collected Works of Karl Marx and Frederick Engels: Volume 1 (New York: International Publishers, 1975) pp. 25–107. Dissertasiya "fəlsəfənin üstün müdrikliyi qarşısında teologiyanın boyun əyməli olduğunu göstərmək üçün Marksın yola çıxdığı cəsarətli və orijinal bir əsər" kimi təsvir edilmişdir.. Bu əsər, xüsusən də Berlin Universitetinin mühafizəkar professorları arasında mübahisələrə səbəb olmuşdu. Bu səbəbdən Marks dissertasiyasını daha liberal Yena Universitetinə təqdim etmək qərarına gəlir; universitetin müvafiq fakültəsi ona 1841-ci ilin aprelində fəlsəfə doktoru elmi dərəcəsi verir.; ; . Marks və Bauer hər ikisi ateist olduqları üçün 1841-ci ilin martında "Ateist Arxivlər" () adlı jurnal üçün planlar qurmağa başladılar, lakin bu, heç vaxt baş tutmadı. İyul ayında Marks və Bauer Berlindən Bonna səfər etdilər. Orada onlar sərxoş olub kilsədə gülərək və küçələrdə eşşəklərin üstündə çaparaq öz siniflərini rüsvay etmişdilər.; ; .