Süd yolu (, ), Ağ yol, və ya Saman yolu — Günəş sisteminin də daxil olduğu qalaktika."Our Solar System: Overview: Our Galactic Neighborhood". NASA. Archived from the original on November 27, 2016."Oxford Dictionaries: Milky Way". Oxford University Press. Archived from the original  on may 8, 2013. Retrieved October 31, 2012.Merriam-Webster Incorporated. "Milky Way Galaxy" . Merriam-Webster Incorporated.  from the original on November 9, 2013. Retrieved October 31,2012.

Hələ ən qədim zamanlardan, insanları aydın və Aysız gecə göyündə şimaldan cənuba doğru uzanan işıqlı bir zolağın möcüzəli görünüşü həmişə maraqlandırmışdır. Səmanın başqa hissələrindən fərqlənən və nisbətən möcüzəli görünən bu işıqlı zolağı insanlar öyrənməyə çalışmışlar. Aydın məsələdir ki, adi gözlə bunu öyrənib müəyyən fikir söyləmək o qədər də asan olmamışdır. 

Teleskoplar icad olunduqdan sonra şimaldan cənuba doğru yönəlmiş həmin ağ zolağın Qalaktikanın mərkəzi müstəvisində yerləşən ulduzların şüalanmasının yaratdığı fon olduğu məlum oldu. Buna Ağ yol, Süd yolu, müsəlman aləmində isə Məkkə yolu, anadolu türkləri isə Samanyolu adını verdilər. Bu işıqlı zolağa Məkkə yolu adının verilməsinin özünəməxsus tarixi vardır. Hələ kompas kəşf olunmamışdan qabaq, insanlar cəhətləri müəyyən ulduzlara və səma cisimlərinin vəziyyətinə görə təyin edirdilər. Ağ Yol isə dünyanın şimal qütbündən cənub qütbünə doğru yönəldiyindən, insanlar gecə vaxtı yolu azmasınlar deyə həmin istiqaməti tutub müqəddəs həcc ziyarətinə gedərmişlər. Məkkə Yolu ifadəsi bu anlamın nəticəsində yaranmışdır. Bu həm də Məkkəni göstərən yol anlamına gəlir.

Buludsuz gecələrdə görünür. Süd Yolun müxtəlif hissələrində onun forması, eni və parlaqlığı müxtəlifdir. Onu teleskopla ilk dəfə Qalileo Qaliley müşahidə etmişdir. Süd Yolu Qu bürcündə iki qola ayrılır və Cənub Xaçı bürcündə birləşir. Şimal qütbü Veronikanın Saçları bürcündədir.

Bizim Qalaktika dedikdə Günəş sisteminin də daxil olduğu ulduz sistemi nəzərdə tutulur. Bu ulduz sisteminə təxminən 200 milyard ulduz daxildir. Qalaktika anlayışına birlikdə aydınlıq gətirməyə çalışaq. Gəlin belə hesab edək ki, biz işıq sürəti ilə hərəkət edə bilən bir xəyali kosmik gəmidəyik və lüminafordan ulduzlararası mühitin əsrarəngiz mənzərəsini seyr etmək imkanımız vardır. Tutaq ki, biz səyahətimizə Günəş sistemindən başlamışıq və qeyd etmək lazımdır ki, əslində, bizim başqa imkanımız da yoxdur. Müəyyən müddətdən sonra Günəş bizim üçün digər ulduzlar kimi qaranlıq fonda zəif işıq saçan işıqlı nöqtəyə çevriləcəkdir. Panoramda bizim görüş sahəmizə gah bu, gah da başqa bir ulduz düşəcəkdir. Beləcə biz Qalaktikanın hüdudları daxilində səyahət etmiş olacağıq.

Əvəllər belə hesab edirdilər ki, bu xəyali uçuş zamanı ulduzlar heç zaman tükənməyəcəkdir. İndi biz bilirik ki, belə səyahət sonda bizi öz məxsusi ulduz sistemimiz olan Qalaktikamızın sərhəddinə gətirməlidir.

Biz Kainat haqqında bilgilərimizi cəmləşdirsək deyə bilərik ki, ulduzlar nəhəng ulduz adalarında- qalaktikalarda konsentrasiya olunurlar. Qalaktikaların kütlələri təxminən bir milyondan milyardlarla Günəş kütləsi tərtibində dəyişir. Bizim Qalaktika təxminən 200 milyard ulduzun təşkil etdiyi sistemdir. Qalaktika — qravitasiya cazibə qüvvəsi ilə bir-birinə bağlı olan nəhəng ulduz sistemidir.

Fiziki cəhətdən mövcud olan nə varsa hamısının məcmuusu Kainat adlanır. Bu məcmuu özündə zamanın, məkanın və materiyanın bütün formalarını nəzərdə tutur. Kainatın müasir texniki vasitələrin köməkliyi ilə müşahidə oluna bilən böyük bir hissəsini Metaqalaktika adlandırırlar.

Xoşbəxtlikdən qalaktikalararası mühit işıq üçün şəffafdır. Bu bizə, milyardlarla uzaq qalaktikaları müşahidə etmək imkanı yaradır. Doğrudur bu qalaktikaların əksəriyyətinin böyük teleskoplarda çəkilmiş şəkilləri dumanlı ləkə kimi görünür. Kainatın qalaktikalardan ibarət olması fikrinə alimlər çox da asan gəlməmişlər.

Gündəlik həyatda bizi əhatə edən nə varsa hamısı haqqında bizim çox yaxşı informasiyamız vardır: öz ailəmiz, binada yaşayan qonşularımız haqqında və s.. Astronomiyada isə hər şey tərsinədir: bəzən belə olur ki, insanların uzaq qalaktikalar haqqında daha çox məlumatları olur, nəin ki, öz yaxın ətraflarında yerləşən yerləşən səma cismləri haqqında. Maraqlıdır, bu nə üçün belə olur?

İlk baxışdan parlaq görünən ulduzların bizim ən yaxın qonşularımız olması təsüratı yaranır. Əslindı isə ən parlaq grünən ulduzlar çox uzaqda yerləşən güclü işıqlanma mənbələri də ola bilərlər. Onların fonun da zəif və kiçik ulduzlar görünməyə də bilərlər. Bu cür ulduzlar daha çoxdur, onları müşahidə etmək üçün böyük teleskoplardan, xüsusi müşahidə üsullarından və çox həssas işıq qəbuledicilərindən istifadə etmək lazımdır.

Günəş sistemi nəhəng bir ulduz sisteminin -Qalaktikanın daxilində yerləşir. Bizim Qalaktikaya müxtəlif müxtəlif işıqlığa, kütləyə və rəngə malik təxminən 200 milyard ulduz daxildir. Hələ qədim zamanlardan, aydın və Aysız gecə göyündə şimaldan cənuba doğru uzanan işıqlı ağ zolağın əsrarəngiz görünüşü insanların diqqətini cəlb etmişdir. Səmanın başqa hissələrindən fərqlənən və möcüzəli görünən və nizbətən mücüzəli görünən bu işıqlı zolağı insanlar öyrənməyə çalışmışlar. Aydın məzələdir ki, adi gözlə bunu öyrənmək o qədər də asan olmamışdır.

Qədim yunanlar bu işıqlı zolağı Süd yolu, "gaxies" adını vermişlər. Azərbaycanda buna Ağ yol, Süd yolu, Məkkə yolu adlandırmışlar. Türk qardaşlarımız Samanyolu, ingilislər "Milky Way" və ruslar "Mleçnıy put" adlandırırlar. İndi bütün dünyada qəbul olunmuş və astronomiya elmində əsas termin kimi işlədilən qalaktika ifadəsi də həmin "gaxies" sözündən götürülmüşdür.Harper, Douglas. "galaxy" . Online Etymology Dictionary.  from the original on may 27, 2012. Retrieved may 20, 2012.Jankowski, Connie (2010). Pioneers of Light and Sound. Compass Point Books. p. 6. ISBN 0-7565-4306-1. Archived from the original on November 20, 2016.Schiller, Jon (2010). Big Bang & Black Holes. CreateSpace. p. 163. ISBN 1-4528-6552-3. Archived from the original on November 20, 2016.

Bizim Qalaktikanı digərlərindən fərqləndirmək üçün onu böyük hərflə yazırlar. İnsanların Dünyası uzun müddət təkcə bizim Qalaktikadan ibarət olmuşdur. Bizim Qalaktikamız xarici görüüşünə görə iki ağız-ağıza qoyulmuş uzunsov boşqaba bənzəyir. Morfoloji təsnifata görə Sb spektral quruluşuna malikdir. Onun böyük diametri 100000 işıq ili (Bir işıq ili -işığın 300000 km/san sürətlə bir ildə qətt etdiyi məsafədir.) və ya 30 Kpk, kiçik diametrinin isə 20000 işıq ili (6 Kpk) olduğu məlum oldu.

İtalyan alimi Qalileo Qaliley tərəfindən 1610-cu ildə 10 santimetrlik teleskop kəşf edildikdən (bu yəqin ki, təkrar kəşf idi) sonra Ağ Yolun möcüzəli görünüşünə aydınlıq gətirmək mümkün oldu. Qaliley, teleskopda Ağ Yolun çoxlu sayda zəif ulduzların yaratdığı fon olduğunu müəyyənləşdirdi."Milky Way Galaxy: Facts About Our Galactic Home". Space.com. Archived from the original on March 21, 2017. Retrieved 8 April 2017. Bu ulduzlar bizdən çox uzaq məsafədə yerləşdiklərindən belə zəif görünürlər. Günəş özü də bizə ən yaxın olan bir ulduzdur. Əgər Günəş də həmin məsafədə yerləşsəydi onlar kimi zəif görünərdi. Bizim Qalaktikanın ayrıca bir ulduz sitemi olması, xeyli sonralar aşkar edildi. Səma cisimlərinin əsas xüsusiyyətlərindən biri də, onların birləşərək sistem əmələ gətirmələridir. Səthində yaşadığımız Yer və onun təbii peyki olan Ay iki cismdən barət bir sistem təşkil edirlər. Yupiter planeti özünün 63 peyki, Saturn özünün 42 peyki ilə birlikdə daha böyük sayda səma cismindən ibarət sistem əmələ gətirirlər. Onda maraqlı bir sual ortaya çıxır, başqa ulduzlarda birləşərək ayrıca ulduz sistemləri əmələ gətirə bilərlərmi?

Qravitasiya cazibə qüvvəsi ilə bir-birinə bağlı olna ayrıca ulduz sistemlərini qalaktikalar adlandırırlar. Bizim Qalaktikanın mərkəzi müstəvisində yerləşən ulduzların yaratdığı işıqlı zolağı Ağ Yol adlandırırlar. Bu Ağ yola teleskopla baxdıqda onun çoxlu sayda ulduzların yaratdığı fon olması məlum olur.

Etimologiyası Ay işığının mane olmadığı adi gecələrdə ulduzlu göyün fonunda bütün səmanı böyük dairə üzrə kəsən işıqlı bir zolağı adi gözlə görmək olur. Zolaq son dərəcə uzaqda yerləşən saysız-hesabsız ulduzların işığı hesabına yaranır. Bu işılı zolağı qədim yunanlar açıq gümüşü rənginə görə onu qalaktika, Ağ Yol və ya Süd Yolu adlandırmışlar (yunanca qalaktikos süd mənasını verir). Bizim Qalaktika, Kainatın yaşı 5 milyard il olanda formalaşmışdır. Əvvəl onun forması nəhəng qaz sferi şəklində olmuşdur. Onun daxilində bəzi ulduzlar sferik ulduz topaları kimi qruplaşır. Qazın qalan hissəsi mərkəzi qabarıq hissənin ətrafında disk formasında cəmlənir. Mərkəzi qabarıq hissə ətrafında qalaktika maddəsi spiralşəkilli qollar yaradır. Bizim Qalaktika, Kainatın yaşı 5 milyard il olanda formalaşmışdır. Əvvəl onun forması nəhəng qaz sferi şəklində olmuşdur. Onun daxilində bəzi ulduzlar sferik ulduz topaları kimi qruplaşır. Qazın qalan hissəsi mərkəzi qabarıq hissənin ətrafında disk formasında cəmlənir. Mərkəzi qabarıq hissə ətrafında qalaktika maddəsi spiralşəkilli qollar yaradır. Ağ Yolu bir qədər diqqətlə müşahidə etsək, işıqlı zolağın eni və parlaqlığının müxtəlif yerlərdə fərqli olduğunu və onun kəskin sərhədi olduğunu görərik.

Ağ Yolun quruluşunu onu təşkil edən ulduzların vəziyyəti və qismən də kosmik toz buludları ilə örtülməsi müəyyən edir. Belə toz buludları Ağ Yolu zahirən iki budağa ayırsa da, sonra həmin budaqlar yenidən birləşir.

Qalaktikanı xəyalən 500 min işıq ili qədər məsafədən müşahidə edə bilsəydik, onu diametri yüz min işıq ilinə bərabər olan disk şəklində görərdik. Diskin qalınlığı 1–2 işıq ilinə yaxındır. Onun mərkəzində ölçüsü 20 000 işıq ilinə bərabər qalınlıq — Qalaktika mərkəzi yerləşir.

Kürəvi ulduz topası və çoxsaylı ulduzlar Qalaktika mərkəzi ətrafında sferik halə əmələ gətirir. Halə qalaktika mərkəzindən 130 000 işıq ilinə bərabər məsafəyə qədər uzanır.

Bizim Qalaktika diskinə yuxarında baxa bilsəydik, onun mərkəzi hissəndən dörd spiralşəkilli budağın və ya qolların çıxdığını görərdik. Budaqlar parlaq mavi rəngli gənc ulduz qruplarından və qırmızı rəngdə işıq saçan hidrogen buludlarından ibarətdir. Mərkəzə yaxın yerləşən ulduzların əksəriyyəti qırmızı və narıncı rəngli "qoca" ulduzlardır.

Bizim Qalaktikanın mərkəzi hissəsində ölçüsü 15 işıq ilinə bərabər olan nüvə yerləşir. Orada sıx qaz buludu və toz hissəciklərindən ibarət disk şəklində strukturla əhatə olunmuş qara çuxur olduğu ehtimal edilir.

Qalaktikadakı hər bir ulduz və qaz buludu öz məxsusi orbiti üzrə hərəkət edərək, Qalaktika mərkəzi ətrafında dolanır.

Spiralşəkilli budaqlar Qalaktikanın dəyişməz quruluşu olmayıb, onunla birlikdə fırlanan müvəqqəti materiya yığımından ibarətdir.

Qalaktikanın fırlanma xarakteri göstərir ki, onu "tutqun" kütlənin yaratdığı çox nəhəng, görünməz tac əhatə edir. Ola bilsin ki, bu kütlənin qiymət Qalaktikanın görünən ulduzları, qaz-toz buludlarının kütləsindən on dəfədən çox olsun. Bu halda Qalaktikanın həqiqi ölkçüsü indi hesab etdiyimiz ölçüdən bir neçə dəfə çox ola bilər.

Yerdəki müşahidəçi üçün bizim Qalaktikanın nüvəsi Oxatan bürcü istiqamətində yerləşir. Bu istiqamətdə qıx qaz və toz dumanlığı nüvəni görünməz edir.Zeynalov S. Q., Hüseynov N. Ə., "Qalaktika, Metaqalaktika, Metakainat", "Elm" nəşriyyatı, Bakı,2005Сурдин В. Г., "Галактики","ФИЗМАТЛИТ",Москва,2013.

Başqa Qalaktikaların kəşf tarixi left|thumb|261x261px Ayrıca ulduz sistemləri olan qalaktikaların kəşfini XX əsrin ən böyük kəşflərindən biri hesab etmək olar. Bu kəşf Kainatın quruluşunu və maştabını başa düşməkdə mühüm rol oynadı. Bundan başqa Kainatda zamana görə baş verən dəyişiklikləri də tədqiq etməyə şərait yaratdı.

İlk növbədə insanlar elə başa düşürdülər ki, Kainat ancaq ulduzlar dünyasından ibarətdir.