Valter Mariya de Silva (; ) — İtalyan avtomobil dizayneri. O, "Fiat"ın dizayn mərkəzində çalışıb, orada IDEA institutunda sənaye dizaynı şöbəsinin və avtomobil dizaynı şöbəsinin müdiri olub. O, "Alfa Romeo" dizayn mərkəzinə, daha sonra isə yeni Alfa Romeo Stil Mərkəzinə rəhbərlik edib. 1999-cu ildən "Volkswagen" Qrupunda çalışıb, əvvəlcə SEAT Stil Mərkəzinin rəhbəri olub, 2002-ci ildən "Audi qrupu"nun (Audi, Lamborghini və Seat brendlərini əhatə edən) dizaynına cavabdeh olub. 2007-ci ildən isə "Volkswagen" Qrupunun baş dizayneri idi. 2015-ci ilin noyabr ayında Valter de Silva şirkətdən ayrılıb.

Həyatı Valter Mariya de Silva 27 fevral 1951-ci ildə İtaliyanın Lekko şəhərində anadan olub. Silva Kral İncəsənət Kollecini avtomobil dizaynı üzrə bitirib.

Valter Mariya de Silvanın dizayn karyerası, 1970-ci illərin sonlarına dayanır. O, İtaliya avtomobil istehsalçılarından olan "Fiat", "Alfa Romeo", və Audi kimi markalarla əməkdaşlıq etmişdir. De Silva, "Alfa Romeo", "Audi" və "Lamborgini" kimi markalarda mühüm dizayn rəhbərliyi vəzifələrində çalışmışdır. Onun ən məşhur dizaynlarından biri "Alfa Romeo"nun "Alfa Romeo 156" modelidir. Bu model avtomobil sənayesində yeni bir dövrün başlanğıcı sayılır, xüsusən də zərif, futuristik xətləri və diqqətəlayiq əyri formaları ilə müasir dizaynın simvolu oldu. "Alfa Romeo 156", 1997-ci ildə Avropa İlinin Avtomobili mükafatını qazandı.

De Silvanın ən böyük uğurlarından biri də "Audi" markasındakı işidir. “Audi A5”, “Audi Q5”, və “Audi A1” kimi məşhur modellərin dizaynlarını yaratdı. “Lamborghini”nin dizaynına da de Silva mühüm töhfələr vermişdir. O, “Lamborghini” Gallardonun dizaynını idarə etdi ki, bu model, lüks idman avtomobilləri arasında özünə möhkəm bir yer qazandı.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İtaliya dizaynerləri Kateqoriya:İtaliya şəxsləri