Kakko (Yaponca:羯鼓/鞨鼓) — Yaponiyamənşəli zərb musiqi aləti. O, baraban ailəsinə daxildir. Kakko ikibaşlı barabandır. Kakko barabanları adətən dayaqlara yan tərəfə qoyulur və hər iki baş baçi kimi tanınan çubuqlarla çalınır. Kakko barabanları tayko ansambllarında, eləcə də Yaponiya saray musiqisinin köhnə bir forması olan qaqakuda istifadə olunurdu.
Kakkonun mənşəyi Tan sülaləsi dövründə Çində məşhur olan Çin jiequ barabanından gəlir. Koreya qalqosu da bu baraban növünə aiddir.
Kakko ilə adi tayko barabanı arasındakı fərqlərdən biri onun gərginləşdirilməsidir. Şime-tayko və sudzumi kimi, başlar əvvəlcə metal halqaların üzərinə uzanır, sonra baraban gövdəsinə qoyulur, bir-birinə bağlanır və dartılır. İstinadlar
Kateqoriya:Zərb musiqi alətləri Kateqoriya:Yaponiya musiqi alətləri Kateqoriya:Bütün eyni soyadlıların siyahısı