Bariton saksafonu — Fransamənşəli saksofon ailəsinə daxil nəfəsli musiqi aləti. O, tenor saksofonu ilə bass saksafonu arasında orta registrli alətdir. Tez-tez klassik musiqidə, cazda və hərbi musiqidə, əsasən marşlarda istifadə olunur.

Bariton saksafonu ifadəli, zəngin, xırıltılı səsə malikdir. Onun diapazonu təxminən 2,5 oktavadır. Mi-bölümə köklənib. Yuxarı registrlərdə alət sıxılmış səslənir, ən yaxşı səs keyfiyyəti orta və aşağı registrlərdə olur. Orkestrlərdə və ansambllarda adətən bas xətləri üçün istifadə olunur, lakin alət solo ifa üçün də olduqca uyğundur, buna görə də bəzi saksafonçular onu digər saksafonlara nisbətən üstün tuturlar. Kantilena kimi kompozisiyalar, qammalar, arpeciolar və sürətli pasajlar ifa edə bilir.

Bariton saksafonu bir neçə hissədən ibarətdir: səs; gövdə; boyun.

Alət boynuna qayış ilə bağlanır. Standart düymələrə əlavə olaraq, alətdə ən aşağı notları çalmaq üçün bir az açıq olan xüsusi böyük düymələr də mövcuddur. Korpusda baş barmaq üçün dayaq və alətin çəkisini dəstəkləyən qayış üçün halqa var.

İstinadlar

Xarici keçidlər Instruments In Depth: The Saxophone—An online feature with video demonstrations from Bloomingdale School of Music (June, 2009) Saxophone acoustics from the University of New South Wales Great Jazz Baritone Saxophonists and vintage horns—A website with extensive information on popular baritone saxophonists, information regarding the baritone saxophone, and more.

Kateqoriya:Nəfəsli musiqi alətləri Kateqoriya:Saksofon